21 Noyabr 2017, Çərşənbə axşamı

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Noyabr 2017
Be Ça Ç Ca C Ş B
30 31 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 1 2 3

 

 

LİNKLƏR

 

 

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin həkim briqadası Şahbuz rayonunun Külüs kənd həkim ambulatoriyasında 70, Kardioloji Dispanserin həkim briqadası Culfa rayonunun Camaldın kəndində 32 sakini profilaktik müayinələrdən keçirib.
Doğum Mərkəzinin yüksəkixtisaslı həkimlərdən ibarət briqadası isə Kəngərli rayonunun Böyükdüz kəndində olub. 11 sakində laboratoriya, 27-də USM müayinəsi, 29-da ginekoloji, 6 nəfərdə pediatrik müayinə aparılıb. Bu briqada, həmçinin Naxçıvan şəhərindəki tikiş fabrikində 18 qadın işçini tibbi müayinədən keçirib.
Diaqnostika-Müalicə Mərkəzinin həkim briqadası tərəfindən Babək rayonunun Nehrəm kəndində 40 nəfər müayinələrə cəlb olunub, 18 cərrahi əməliyyat aparılıb. Naxçıvan Muxtar Respublika Xəstəxanasının həkim briqadası Culfa rayonunun Ərəfsə kəndində 47 nəfəri müayinə edib, 8 nəfərdə EKQ müayinəsi, 14 nəfərdə qanın ümumi analizini aparıb.

Rayon mərkəzi xəstəxanaları da əhalinin hər bir təbəqəsinin, xüsusən ucqar dağ və sərhəd kəndlərində yaşayan insanların keyfiyyətli tibbi xidmətlə əhatə olunmasına, vaxtında müalicəyə cəlb edilməsinə şərait yaradıb. Belə ki, Ordubad rayonunun Tivi kəndində 97 sakin tibbi müayinədən keçib, 17 nəfərdə USM, 26 nəfərdə laborator müayinə aparılıb, 3 nəfər dispanser qeydiyyatına götürülüb. Culfa rayonunun Ərəfsə, Gülüstan, Ərəzin kəndlərində 112, Kəngərli rayonunun Xok kəndində 33, Şahbuz rayonunun Keçili kəndində 43, Sədərək rayonunda və Şərur rayonunun Gümüşlü kəndində 132, o cümlədən 4 laborator müayinə aparılıb. Babək rayonunun Gülşən­abad kəndində isə əhalinin 56-60 yaşlı təbəqəsi, 27 uşaq tibbi müayinələrə, 19 nəfər EKQ müayinəsinə cəlb edilib.
Aşkar olunan xəstələrin müvafiq səhiyyə müəssisələrində dərin tibbi müayinələrə cəlb edilməsi məsləhət görülüb, onlara ambulator kartlar açılıb. Kənd üzrə dispanser qeydiyyatında olan xroniki xəstələrin sayı dəqiqləşdirilib. Əhali arasında ürək-damar, yoluxucu, dəri-zöhrəvi, şəkərli diabet, onkoloji, ginekoloji xəstəliklər, uşaqların düzgün qidalanması, ana südünün əhəmiyyəti barədə səhiyyə maarifi işləri aparılıb.

Naxçıvan Muxtar Respublikası
Səhiyyə Nazirliyinin mətbuat xidməti

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

5284087
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
5464
18197
23661
332293
5284087

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter