23 Sentyabr 2017, Şənbə

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Sentyabr 2017
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 1

 

 

LİNKLƏR

 

 

Naxçıvan Muxtar Respublika Xəstəxanasında “Mövsümi infeksion xəstəliklər – qripin profilaktikası və müalicəsi, odlu silah yaralanmalarında müasir yanaşma” mövzusunda konfrans keçirilib.
Hərbi və mülki sahədə çalışan səhiyyə işçilərinin iştirak etdiyi konfransı giriş sözü ilə Naxçıvan Muxtar Respublikası səhiyyə nazirinin müavini Samrat Gəncəyeva açaraq tədbirin əhəmiyyətindən danışıb.
Tədbirdə “Epidbiomed” Tibb Şirkətinin baş direktoru Namiq Əliyev “Qripin profilaktikasında vaksinlərin tətbiqi” mövzusunda məruzə edib. Məruzəçi qripin törədiciləri, dəyişkənliyi, səbəbləri haqqında danışıb, dünyada mövcud olan epidemiyalardan bəhs edib. Baş direktor şirkətin təqdim etdiyi “Vaksiqrip” preparatı haqqında konfrans iştirakçılarına məlumat verib, bu preparatların tərkibi, istehsal forması, müxtəlif yaş qruplarında tətbiqi qaydaları və effektivlik dərəcəsindən söz açıb.
Naxçıvan Muxtar Respublikası Yoluxucu Xəstəliklər Mərkəzinin həkim-infeksionisti Süleyman Cabbarov konfransdakı məruzəsində muxtar respublikada infeksion xəstəliklərə qarşı aparılan mübarizə tədbirlərindən bəhs edib, bu qəbildən xəstəliklərin yoluxma mexanizminin aydınlaşdırılmasının infeksion xəstəliklərin profilaktikasının əsasını təşkil etdiyini deyib. Qeyd edilib ki, hər bir infeksion xəstəliyin öz spesifikliyi vardır. Bu, xəstəliyi törədən infeksiyanın növündən asılı olaraq dəyişir. İnfeksiyanın insan orqanizmində əmələ gətirdiyi xəstəliklərin patoloji əlamətləri yalnız infeksiyanın xarakterindən deyil, daxil olduğu orqanizmin müqavimətindən də asılı olur.

Naxçıvan Hərbi Hospitalının rəisi, tibb xidməti polkovniki Əli Allahverdiyev məruzəsində son illərdə muxtar respublikada ordu quruculuğuna göstərilən diqqət və qayğıdan danışıb, bu qayğıdan hərbi tibb ocaqlarına da pay düşdüyünü deyib. Vurğulanıb ki, bu gün muxtar respublikada yerləşən hərbi hissələrdəki tibb məntəqələrində, eləcə də hərbi hospitalda ən müasir tibb avadanlıqlarından istifadə edilir. Bütün bu görülən işlər isə, son nəticədə, hərbçilərin sağlam ruhda xidmət etmələrinə şərait yaradır. Aparılan profilaktik tədbirlərin nəticəsidir ki, son illərdə hərbi hissələrdə infeksion xəstəliklərin kütləvi yayılması hallarına rast gəlinmir. Bu sahədə irəliləyişə nail olunmasında vaksinasiya tədbirlərinin də mühüm əhəmiyyəti vardır.
Azərbaycan Respublikası Müdafiə Nazirliyinin baş cərrahı, tibb xidməti polkovniki Mütəllim Həsənov məruzəsində odlu silah yaralanmalarına müasir yanaşma, yeni müalicə metodları və döyüş şəraitində ilkin tibbi yardımın təşkilindən bəhs edib. Bildirilib ki, bu cür yaralanmalar daha çox müharibə dövrü ilə bağlıdır. Lakin erməni silahlı qüvvələri tərəfindən atəşkəsin pozulması zamanı, habelə snayperlər tərəfindən hərbçilərin və hətta hərbi zonada yaşayan mülki əhalinin hədəfə alınması nəticəsində də odlu silah yaralanmaları qeydiyyata alınır. Belə yaralanmalarda ilkin tibbi yardımın və cərrahi əməliyyatların qısa zamanda aparılmasının böyük əhəmiyyəti vardır. Bu gün döyüş şəraitində hospitalların dislokasiya yerini dəyişərək, öz fəaliyyətini cəbhəyə yaxın bölgələrdə davam etdirməsi üçün bütün imkanlar mövcuddur. Ancaq tələbat yarandığı şəraitdə mülki xəstəxanaların da bu prosesə qoşulması labüddür. Buna görə də hərbi və mülki sahədə çalışan əməkdaşların fikir və təcrübə mübadiləsi vacibdir. Bu baxımdan hərbi və mülki sahədə çalışan tibbi heyətin birgə iştirak etdiyi konfransın böyük əhəmiyyəti vardır.
Konfransda yekun sözü ilə çıxış edən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Tibb Baş İdarəsinin rəisi, tibb general-mayoru Natiq Əliyev muxtar respublikada ordu quruculuğuna və hərbi tibb sahəsinin inkişafına, eləcə də bu konfransın təşkilinə göstərdiyi diqqət və qayğıya görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə minnətdar­lığını bildirib, bu sahədə daha böyük nailiyyətlər əldə olunacağına əminliyini ifadə edib.

 Səbuhi HÜSEYNOV

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

4347912
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
3534
17506
82469
336276
4347912

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter