20 Oktyabr 2017, Cümə

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Oktyabr 2017
Be Ça Ç Ca C Ş B
25 26 27 28 29 30 1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31 1 2 3 4 5

 

 

LİNKLƏR

 

 

Müasir təbabətdə çoxlu müalicə vasitələrinin olmasına baxmayaraq, ən ağır vəziyyətlərdə xəstələrin həyatlarının xilas edilməsi üçün əvəzsiz rol oynayan canlı dərman donor qanıdır. Hemofiliya və talassemiya xəstələrinin müalicəsində qan komponentlərinin və preparatlarının istənilən vaxtda əlçatan olması çox vacibdir və donor qanına tələbatı artırır.
Müxtəlif travma və yaralanmalar, mürəkkəb cərrahi əməliyyatlar və doğuşlar zamanı qanitirmələrdə, xroniki qanazlığında, irsi və qazanılmış qan xəstəliklərində, onkoloji xəstəliklərdə, daxili orqanların – ürək, böyrək, mədə-bağırsaq, qaraciyər və digər orqanların müxtəlif xəstəliklərində qandan və ya qandan hazırlanmış preparatlardan geniş istifadə olunur. Belə zəruri hallarda qana olan tələbatla bağlı problemlərin həllində qan donorluğunun, xüsusən təmənnasız donorluğun böyük əhəmiyyəti vardır. Muxtar respublikamızda bu xidmət əvvəllər Naxçıvan Muxtar Respublika Xəstəxanası tərəfindən göstərilib. Son illər orada aparılan yenidənqurma işlərinə görə qan xidməti Diaqnostika-Müalicə və Doğum mərkəzlərində həyata keçirilib. Hazırda Naxçıvan Muxtar Respublika Xəstəxanasında mövcud şərait mərkəzi qan bankını yenidən bərpa etməyə imkan verib.

Şöbə müdiri Məmmədəli Həsənov söhbət zamanı bildirdi ki, xəstəxanada yaradılmış Qan bankının fəaliyyəti nəticəsində tezliklə muxtar respublikanın bütün səhiyyə müəssisələrinin qana olan tələbatı ödənilməklə bərabər, burada müxtəlif məqsədlər üçün qanın komponentləri olan plazma, eritrositar, limfositar və trombositar kütlənin alınması, saxlanması və məqsədyönlü istifadəsi də həyata keçiriləcəkdir. Bir sıra damar xəstəliklərinin (obliterasiyaedici endoarterit, diabetik angiopatiya), septik vəziyyətlərin, müxtəlif kəskin və xroniki ağır zəhərlənmələrin müalicəsində komponent olan hiperbarik oksigenasiya, plazmoferez və ozonoterapiya üsullarının praktik təbabətdə tətbiqi də muxtar respublika səhiyyəsi üçün yenilik olacaqdır.
Şöbə müdirinin sözlərinə görə, bütövlükdə, son illər strateji əhəmiyyətli məsələ kimi qan xidmətinin inkişafına xüsusi diqqət yetirilir. “Qanın, qan komponentlərinin donorluğu və qan xidməti haqqında” Qanunun, “Qanın, qan komponentlərinin donorluğu və qan xidmətinin inkişafına dair Dövlət Proqramı”nın icrası istiqamətində görülən işlər də öz bəhrəsini verir. Dövlət proqramının müvəffəqiyyətlə yerinə yetirilməsi nəticəsində qan donorlarının sayı 2 dəfədən çox artıb, qan komponentlərinin miqdarı, keyfiyyəti və təhlükəsizliyi xeyli yüksəlib. Əhalinin donorluğa aktiv cəlb edilməsi pullu donorluqdan tam imtina edilməsinə imkan yaradıb. Artıq hər il “Qan donorları, insan həyatını birgə xilas edək”, “Qan ver, yaşat!”, “Sən də bir həyat ver” və digər devizlər altında, eləcə də 17 aprel Beynəlxalq Hemofiliya, 14 iyun Ümumdünya Qan Donoru günləri, aşura mərasimləri, əlamətdar günlərdə keçirilən qanvermə aksiyaları ənənə halını alıb. Hazırda tibb müəssisələrinin və xəstələrin donor qanına olan ehtiyacı tam ödənilir.

Hüseyn ƏSGƏROV

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

4761670
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
3402
19017
70245
296730
4761670

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter