22 İyul 2017, Şənbə

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

 

ARXİV

İyul 2017
Be Ça Ç Ca C Ş B
26 27 28 29 30 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31 1 2 3 4 5 6

 

 

LİNKLƏR

 

 

Yay mövsümünü Şərur, Şahbuz, Culfa və Ordubad yaylaqlarında keçirən heyvandarlara, onların ailələrinə səhiyyə xidmətinin təşkili üçün Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi 2014-cü ildən xüsusi həkim briqadaları yaradıb. Bu gün obalarda yaşayan sakinlərin zəruri dərman vasitələri, sarğı materialları ilə təminatı, səhiyyə maarifi işi aparılması, mövsümi xəstəliklər, günvurma, ilan və əqrəb sancmaları, yaralanma zamanı ilk yardım barədə tibbi məsləhətlər verilməsi həmin həkim briqadaları tərəfindən diqqətdə saxlanılır.
Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin iş planına uyğun olaraq, yay mövsümünü yaylaqlarda keçirən heyvandarlara, onların ailələrinə göstərilən səhiyyə xidməti davam etdirilir.
Ordubad Rayon Mərkəzi Xəstəxanasının terapevt, kardioloq, cərrah, stomatoloq və pediatrlardan ibarət çoxprofilli həkim briqadası Göygöl ərazisindəki yaylaqlarda məskunlaşan heyvandarlara baş çəkib. Hazırda təkcə Genyurd yaylağında 2 oba məskən salıb. Onların öhdəsində 5 min başa yaxın mal-qara, qoyun-quzu var. Çadırlarda Kəngərli rayonunun Çalxanqala kəndindən gəlmiş fermer və çobanların 38 ailə üzvü yaşayır. Briqadanın fəaliyyəti zamanı onların hamısı profilaktik tibbi müayinəyə cəlb olunub, pediatrik, kardioloji, cərrahi, stomatoloji müayinələr aparılıb. Yaylaqda arana nisbətən havaların sərin keçməsi səbəbindən obalardakı azyaşlı uşaqların bir qismində qulaqağrısı və yuxarı tənəffüs yollarının patologiyası müşahidə olunub, onların müalicəsi ilə bağlı lazımi dərmanlar verilib.
Ordubad Rayon Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən obalarda dezinfeksiya, dezinseksiya tədbirləri həyata keçirilib.
Şahbuz Rayon Mərkəzi Xəstəxanasının həkim briqadası isə Kükü kəndi ərazisindəki Qanlıgöl yaylağında olub. Burada, əsasən, Şərur rayonunun Mahmudkənd və Kəngərli rayonunun Xok kəndlərindən gəlmiş heyvandarlar məskunlaşıblar. Terapevt, LOR, cərrah, stomatoloq və pediatrlardan ibarət həkim briqadası 18 çadırda məskunlaşan 31 nəfəri profilaktik tibbi müayinələrdən keçirib, ilkin tibbi yardım üçün dərmanlar paylanıb.
Müayinələr mövsüm boyu davam etdiriləcəkdir. 

Naxçıvan Muxtar Respublikası
Səhiyyə Nazirliyinin mətbuat xidməti

 

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3403180
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
3947
18489
78801
319793
3403180

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter