24 İyul 2017, Bazar ertəsi

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

 

ARXİV

İyul 2017
Be Ça Ç Ca C Ş B
26 27 28 29 30 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31 1 2 3 4 5 6

 

 

LİNKLƏR

 

 

Ümummilli liderimiz Heydər Əliyevin 2001-ci il 4 iyun tarixli Sərəncamı ilə hər il iyunun 17-si ölkəmizdə tibb işçilərinin peşə bayramı günü kimi qeyd olunur.
Dahi şəxsiyyət həkimlik peşəsini yüksək qiymətləndirərək deyirdi: “Həkimlik sənəti dövri-qədimdən şərəfli və hörmətli sənət olmuşdur. Dünyada heç bir sənət tapa bilməzsən ki, həkimlik kimi hər bir insana lazım olsun... Özünü həkim sənətinə, insanların sağlamlığına, səhhətinə həsr edənlər ən qiymətli insanlardır”.
Son illər tibbi xidmətin müasir standartlar səviyyəsinə yüksəldilməsi, vətəndaşların sağlamlığının etibarlı təminatı məsələləri dövlətin üzərinə götürdüyü sosial öhdəliklər sırasında mühüm yer tutur.
Naxçıvan Muxtar Respublikasında səhiyyə infrastrukturunun yenilənməsi, yeni ambulator və stasionar müalicə-profilaktika müəssisələrinin yaradılması da yalnız bir məqsədə – əhalinin sağlamlığının qorunmasına xidmət edir. Dərman və tibbi ləvazimatlarla təchizat yaxşılaşdırılmış, ana və uşaqların, ahıl vətəndaşların, bütövlükdə, əhalinin hər bir təbəqəsinin sağlamlığının qorunması əsas məsələyə çevrilmişdir. Hazırda muxtar respublikada əhaliyə 228 tibb müəssisəsi tərəfindən səhiyyə xidməti göstərilir. Həmin tibb müəssisələrində 713 həkim və 2 min 107 orta tibb işçisi çalışır. Həmçinin muxtar respublikada 5 özəl tibb müəssisəsi fəaliyyət göstərir. Son illər muxtar respublikada 220-dən çox səhiyyə müəssisəsi tikilərək və ya yenidən qurularaq istifadəyə verilmişdir. İstər şəhər və rayon mərkəzlərində, istərsə də ən ucqar dağ və sərhəd kəndlərində müasir səhiyyə ocaqlarının fəaliyyət göstərməsi insan amilinə verilən qiymətin bariz ifadəsidir.

Tibb ocaqlarında lazımi şəraitin yaradılması, müasir müayinə və müalicə aparatları ilə təchizat stasionar və ambulatoriya xidmətinin əhatə dairəsini xeyli genişləndirmişdir. Bu gün səhiyyə müəssisələrindəki kompüter tomoqraf, nüvə maqnit rezonans, mammoqrafiya, qastroskopiya, kolonoskopiya aparatları müayinə və müalicənin düzgün və səmərəli təşkilinə imkan verir.
Bu gün muxtar respublikada səhiyyə sahəsində görülən işlər təkcə quruculuq tədbirləri ilə yekunlaşmır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2003-cü il 27 may tarixli Sərəncamı ilə muxtar respublikanın dövlət səhiyyə müəssisələrində bütün növ pullu xidmətlər ləğv edilmişdir. Yaradılan şərait muxtar respublikada insanların kütləvi tibbi müayinədən keçirilməsi tədbirlərinin də uğurlu icrasını təmin etmişdir. Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq hər il fevralın 15-dən mayın 15-dək həyata keçirilən əhalinin kütləvi tibbi dispanserizasiyası muxtar respublikada uğurla davam etdirilir. Bu humanitar aksiya, əhalinin tibbi müayinəyə cəlb edilməsi xəstəliklərin erkən aşkar olunmasına və vaxtında müalicəsinə yönəlib. Həmçinin Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 10 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Uşaqların icbari dispanserizasiyadan keçirilməsinə dair Dövlət Proqramı”nın icrası da diqqət mərkəzində saxlanılır, kiçikyaşlı uşaqlar arasında tuberkulin sınağı və poliomielit xəstəliyinin profilaktikası, yuxarı sinif şagirdləri və müəllimlər arasında flüoroqrafiya müayinəsi və məktəbyaşlı uşaqların kütləvi oftalmoloji, stomatoloji, ortopedik, endokrinoloji müayinələri də uğurla davam etdirilir.
Dispanserizasiya işini daha da yaxşılaşdırmaq məqsədilə yerlərdə davamlı olaraq əhalinin müayinə-müalicə işi, səhiyyə, təhsil və mədəniyyət müəssisələrində mammo­qrafiya müayinələri aparılır. Hepatit B və C virus infeksiyalarının qarşısının alınması tədbirlərinin genişləndirilməsi məqsədilə verilən tapşırıqlar Səhiyyə Nazirliyinin fəaliyyətində prioritet istiqamətlərdən biridir. Hazırda əməliyyat, doğuş həyata keçirilən bütün tibb müəssisələrində xəstələrdə hepatit B və C viruslarının ekspress metodla müayinəsi aparılır, xəstələr əlavə olaraq Yoluxucu Xəstəliklər Mərkəzində müayinələrə cəlb olunurlar. Nikaha daxil olan vətəndaşlarda hepatit B, C viruslarının yoxlanılması da həyata keçirilir.
Ali Məclis Sədrinin tapşırığı ilə kardiocərrahiyyə, uroloji, plastik, göz, angioqrafiya və digər yüksək­ixtisaslı həkim briqadalarının dəvət olunaraq muxtar respublikamıza gətirilməsi, aztəminatlı ailələrdən olan xəstələr üçün nəzərdə tutulmuş xüsusi sağlamlıq layihələrinin reallaşdırılması insanların sağlamlığına göstərilən diqqət və qayğının bariz ifadəsidir. Təkcə 2017-ci ilin birinci rübündə sosial layihələr çərçivəsində yüksəkixtisaslı həkim heyəti tərəfindən, ümumilikdə, 137 cərrahi əməliyyat, o cümlədən 7 xəstədə açıq ürək, 1 xəstədə periferik damar və 129 xəstədə digər müxtəlif əməliyyatlar aparılmışdır. Artıq muxtar respublikadan olan həkimlər müstəqil şəkildə xəstələr üzərində açıq ürək, laporoskopik, TUR, LOR, göz və digər mürəkkəb cərrahi əməliyyatlar aparırlar. Azərbaycan Respublikası Akademik Mirqasımov adına Respublika Klinik Xəstəxanasının ayrı-ayrı ixtisaslar üzrə həkim briqadasının Şərur və Ordubad rayonlarında humanitar aksiyaları da artıq ənənə halını almışdır. Aksiya zamanı əhali tibbi müayinədən keçirilir, cərrahi əməliyyatlar aparılır.
Səhiyyənin inkişafı istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində kadr təminatının təkmilləşdirilməsi də vacib məsələ kimi daim diqqət mərkəzində saxlanılır. Naxçıvan Dövlət Universitetində və Naxçıvan Tibb Kollecində ali və orta ixtisas tibb kadrlarının hazır­lanması bu işdə mühüm nailiyyətlərin qazanılması ilə nəticələnmişdir. Artıq bu təhsil ocaqlarını bitirən gənc tibb işçiləri muxtar respublikanın xəstəxanalarında çalışırlar. Bununla yanaşı, həkimlərin peşə vərdişlərinin artırılması məqsədilə çoxsaylı seminarlar, konfranslar keçirilir, tibb işçiləri Bakı şəhərinə və Türkiyə Respublikasının müxtəlif klinika və xəstəxanalarına kurslara göndərilirlər.
Naxçıvanda səhiyyə turizmi də diqqətdə saxlanılan məsələlərdəndir. Təbii müalicə mərkəzləri olan Duzdağ Fizioterapiya Mərkəzi və Darıdağ Arsenli Su Müalicəxanası yenidən qurularaq istifadəyə verilmiş, hərtərəfli şərait yaradılmışdır.
Müasir dövrdə əhalinin sağlamlığının qorunması istiqamətində həyata keçirilən tədbirlərin əsas istiqamətlərindən birini də səhiyyə maarifi işi təşkil edir. Əhali arasında səhiyyə maarifinin gücləndirilməsində və yerlərdə onlara tibbi xidmət göstərilməsində həkim briqadalarının böyük rolu var. Bu briqadalar kəndlərdə olur, əhaliyə tibbi xidmət göstərirlər. Bu da xəstəliklərin qarşı­sının alınması, onların erkən aşkar edilməsi və vaxtında müalicə olunması baxımından əhəmiyyətlidir.
Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi dövlət proqramlarının icrasını əsas fəaliyyət istiqaməti kimi götürmüşdür. Yoluxucu xəstəliklərin qarşısının alınması məqsədilə gigiyena və epidemiologiya mərkəzləri tərəfindən profilaktik və əks-epidemik tədbirlər mütəmadi olaraq davam etdirilir, su anbarlarında, su təchizatı qurğu­larında, ictimai, inzibati və digər binalarda, məişət suları axıdılan və tullantılar toplanan yerlərdə dezinfeksiya və dezinseksiya işləri aparılır. Bu istiqamətdə görülən işlərin nəticəsidir ki, Ümumdünya Səhiyyə Təşkilatının müntəzəm monitorinqdə saxladığı əsas yoluxucu xəstəliklərə muxtar respublika ərazisində təsadüf olunmur.
Peşə bayramlarını yüksək nailiyyətlərlə qeyd edən tibb işçiləri bundan sonra da muxtar respublika səhiyyəsinin inkişafına öz töhfələrini verəcəklər.

Naxçıvan Muxtar Respublikası
Səhiyyə Nazirliyinin mətbuat xidməti

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3437310
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
11527
13354
11527
353923
3437310

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter