18 Avqust 2017, Cümə

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

 

ARXİV

Avqust 2017
Be Ça Ç Ca C Ş B
31 1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31 1 2 3

 

 

LİNKLƏR

 

 

Dispanserizasiya əhalinin sağlamlıq vəziyyətinin qorunmasında səmərəli bir üsul kimi hazırda bütün dünyada qəbul olunaraq tətbiq edilir. Profilaktik tədbirlər düzgün həyata keçirildikdə xəstəliklərin vaxtında aşkar olunması, sağalması asanlaşır, ağırlaşmaların qarşısı alınır, insanların əmək qabiliyyətləri qorunub saxlanılır, əlillik azalır. Bu məqsədlə müxtəlif yaş qruplarına, xüsusən risk qrupuna daxil olan əhali kütləvi profilaktik müayinələrə cəlb olunur.

Son illərdə insanlar arasında ürəyin işemik xəstəlikləri, hipertoniya, şəkərli diabet, onkoloji və digər xəstəliklərin sayı artdığından onlar arasında profilaktik müayinə tədbirlərinin aparılması xüsusi əhəmiyyət kəsb edir. Qanda xolesterinin miqdarının çoxluğu siqaretçəkmə, yüksək arterial təzyiq, şəkərli diabet, oturaq həyat tərzi, adinamiya, qeyri-düzgün qidalanma, kəskin və xroniki streslərə məruzqalma halları damarların zədələnməsinə, ateroskleroz prosesinin inkişafına səbəb olur. Beləliklə, ürək, beyin, aorta, aşağı ətraf arteriyalarında aterosklerotik düyünlər formalaşır ki, bunlar da sonradan inkişaf edərək ürəyin işemik xəstəliklərinə, beyin-qan dövranının pozulmasına, aşağı ətraf arteriyalarının tıxanmasına səbəb olur. Nəticədə, miokard infarktı, stenokardiya, insult, aşağı ətrafın qanqrenası kimi ağır xəstəliklər yaranır. Belə xəstəliklərin qarşısını vaxtında almaq məqsədilə Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin tədbirlər planına uyğun olaraq bu il mayın 1-dən 56-60 yaşlı əhalinin kütləvi müayinə tədbirləri, dispanserizasiyası aparılır.

Müayinələr Akademik Zərifə Əliyeva adına Naxçıvan Şəhər Poliklinikasında və rayon mərkəzi xəstəxanalarında tərtib edilmiş iş qrafiki əsasında – terapevt, cərrah, stomatoloq, nevropatoloq, oftalmoloqlar tərəfindən həyata keçirilir, ehtiyac olan hallarda xəstələrə yüksəkixtisaslı həkimlərin, o cümlədən nevropatoloq, psixiatr, endokrinoloq, uroloq, ftiziatr, kardioloq və başqalarının konsultasiyası və laborator-diaqnostik müayinələri təşkil edilir. Müayinə olunanlarda qanda xolesterinin təyin edilməsi üçün mərkəzi rayon xəstə­xanalarına və Naxçıvan Şəhər Poliklinikasına portativ aparatlar verilib və stript testi ilə təmin edilib. Naxçıvan şəhərində müayinələrin 12 sahə üzrə aparılması nəzərdə tutulub. Artıq birinci sahəni əhatə edən yaşayış massivində 90 nəfər müayinədən keçirilib. Rayonlarda da feldşer-mama məntəqələri, həkim ambulatoriyaları üzrə həkim müayinələri və xolesterinin miqdarının təyini davam etdirilir.
56-60 yaşlı əhalinin kütləvi müayinələrinin oktyabr ayına kimi başa çatdırılması nəzərdə tutulub.

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin
mətbuat xidməti

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3809936
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
14611
14451
74048
264153
3809936

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter