17 Oktyabr 2017, Çərşənbə axşamı

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Oktyabr 2017
Be Ça Ç Ca C Ş B
25 26 27 28 29 30 1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31 1 2 3 4 5

 

 

LİNKLƏR

 

 

Bu münasibətlə Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin səyyar klinikasının Naxçıvan Muxtar Respublika Xəstəxanasında təşkil etdiyi humanitar tibbi aksiya da ümummilli liderin doğum günü ərəfəsində başlayıb. Həkim-oftalmoloqlar, anestezioloqlar, rezident-həkimlər, tibb bacıları və texniki heyətdən ibarət geniş səyyar briqada iki gün ərzində 170-dən çox müayinə aparıb, onlara məsləhət və tövsiyələr verib. Səyyar aksiyada göstərilən xidmətlərdən yaşlı nəslin nümayəndələri ilə yanaşı, gənclər də istifadə ediblər. Bu aksiya onlarla ailənin sevincinə səbəb olub.
Mərkəzin baş həkimi Aytən Sultanova Naxçıvan Muxtar Respublika Xəstəxanasında belə müayinələrin ayda bir dəfə olmaqla, ilboyu keçiriləcəyini bildirib.

* * *

Naxçıvan Muxtar Respublika Xəstəxanasının Şahbuz rayonunda keçirdiyi humanitar tibbi aksiyada həkim briqadasının üzvləri 57 nəfəri ambulator müayinələrdən keçirərək müvafiq tövsiyələr veriblər. Cərrahi müdaxiləyə ehtiyacı olanlar üzərində uroloji, proktoloji qiqant yırtıq, öd kisəsi əməliyyatları aparılıb. Müayinə və əməliyyatların həyata keçirilməsində həkim-cərrahlardan Cəbi İsmayılov, Səfər Qədimov, Valid Kazımov, anestezioloqlardan Bəxtiyar Hüseynov, Elsevər Ağəli­yevlə yanaşı, yerli həkim və orta tibb işçiləri də iştirak ediblər.

Şahbuz rayonundakı Kükü kənd sakini Nicat Əliyevin üzərində aparılan uroloji əməliyyat uğurla başa çatdırılıb, xəstə birgünlük müşahidədən sonra evə buraxılıb. Yüksəkixtisaslı heyət yerli həkimlərə müasir tibbi avadanlıqlardan istifadə qaydaları barədə də ətraflı məlumat veriblər. Laboratoriyada ümumi analizlərin olunması, infeksiyaların təyini, aparatların işləmə mexanizmi yerli həkim və tibb işçilərinə izah edilib.

* * *

Akademik Mirəsədulla Mirqasımov adına Respublika Klinik Xəstəxanasının həkim briqadası mayın 9-dan başlayaraq Ordubad Rayon Mərkəzi Xəstəxanasında 29 nəfərlik həkim briqadası ilə sakinləri müayinə və müalicə edir.
Xəstəxananın baş həkimi Telman İbad­ovun sözlərinə görə, komissiyanın tərkibində müxtəlif sahələri təmsil edən həkimlər var. Həkimlər tərəfindən müayinə və müalicələr, cərrahi əməliyyatlar aparılır.
Qeyd edək ki, müayinə və müalicələr mayın 12-dək davam edəcək.

* * *

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Azərbaycan Minimal İnvaziv və Endoskopik Cərrahlar Cəmiyyəti, Azərbaycan Ürək və Sağlamlıq Assosiasiyası, Azərbaycan-Almaniya Tibbi Əməkdaşlıq Cəmiyyəti və Almaz Akademik Tibbi Treninq Mərkəzi ilə birgə minimal invaziv cərrahiyyə üzrə treninq kursları keçirib. Kurslarda laparoskopik cərrahiyyə, ürək cərrahiyyəsi, ginekologiya, urologiya və ümumi cərrahiyyə üzrə treninqlərin təşkili, minimal invaziv cərrahiyyənin aktual problemlərinə həsr edilmiş çıxışlar və diskussiyalar aparılıb. Təlimlərdə Naxçıvan Muxtar Respublika Xəstəxanası ilə yanaşı, Diaqnostika-Müalicə Mərkəzinin, Mərkəzi Uşaq Xəstəxanasının və Doğum Mərkəzinin həkim-cərrahları, rezident və tələbələr iştirak ediblər.
Treninqlər minimal invaziv cərrahiyyənin aktual problemlərinə həsr edilmiş çıxışlar və diskussiyalar, ağır kliniki halların müzakirəsi şəklində başa çatıb.

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin mətbuat xidməti

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

4719259
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
14127
13707
27834
254319
4719259

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter