27 İyun 2017, Çərşənbə axşamı

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

ARXİV

İyun 2017
Be Ça Ç Ca C Ş B
29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 1 2

 

 

LİNKLƏR

 

 

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin iş planına uyğun olaraq may ayının 1-dən muxtar respublikanın bütün şəhər və rayonlarında 6 yaşadək uşaqların immunlaşdırma həftəsinə start verilib. Müxtəlif səbəblərə görə profilaktik peyvənd təqviminə müvafiq immunlaşdırmadan kənarda qalan uşaqlar həftə ərzində peyvəndlərə cəlb olunacaq.
Bu məqsədlə əvvəllər hər hansı səbəbdən peyvənddən yayınmış uşaqların siyahıları tərtib edilib. İmmunlaşdırma həftəsinin mütəşəkkil və yüksək səviyyədə həyata keçirilməsi üçün bütün müalicə müəssisələri, Naxçıvan Muxtar Respublikası Gigiyena və Epide­miologiya Mərkəzi, həmçinin şəhər və rayon gigiyena və epidemiologiya mərkəziləri isə soyuq zəncir prinsipinə əməl olunmaqla profilaktik peyvənd materialları ilə təmin olunublar. Məqsəd muxtar respublika ərazisində yaşayan və qeydiyyata alınan uşaqların bütünlüklə profilaktik peyvənd olunması və bununla bərabər, həmin uşaqların mövcud infeksion xəstəliklərdən qorunmasıdır. Hazırda bu iş peyvənd təqviminə uyğun davam etdirilir.

Əziz Əliyev adına Naxçıvan Muxtar Respublikası Mərkəzi Uşaq Xəstəxanasında xüsusi həkim və tibb bacıları əhali arasında peyvəndlər, onların əhəmiyyəti, vaksinasiyanın vaxtında aparılması barədə səhiyyə maarifi işi aparır, onları immunlaşmadan kənarda qalmanın yaradacağı fəsadlar barədə məlumatlandırırlar.
Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Tibbi yardımın baş məsləhətçi-pediatrı İbrahim Ağayev bildirib ki, 2013-cü ildə qəbul edilmiş “Uşaqların icbari dispanserizasiyadan keçirilməsinə dair Dövlət Proqramı”na uyğun olaraq körpə doğulandan 1 yaşına qədər ayda iki, 2 yaşına qədər rübdə bir, 2-3 yaşlarında altı ayda bir, 3 yaşından sonra ən azı ildə bir dəfə kompleks müayinələrdən keçirilməlidir.
İmmunlaşdırma həftəsi mayın 8-də başa çatacaq, yekun nəticələr Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyində təhlil ediləcəkdir.

Naxçıvan Muxtar Respublikası
Səhiyyə Nazirliyinin mətbuat xidməti

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3031006
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
11071
15326
26397
466473
3031006

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter