11 Dekabr 2017, Bazar ertəsi

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Dekabr 2017
Be Ça Ç Ca C Ş B
27 28 29 30 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

 

 

LİNKLƏR

 

 

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi əhalinin sağlamlığının qorunması və tibbi xidmətin səviyyəsinin yüksəldilməsi istiqamətində fəaliyyətini aprel ayında da davam etdirib, ixtisaslı kadrların hazırlanması, yoluxucu xəstəliklərin profilaktikası, ilkin səhiyyə xidmətinin yeni tələblərə uyğunlaşdırılması diqqət mərkəzində saxlanılıb.
Akademik M.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin tərkibində olan Uşaq ürək cərrahiyyə şöbəsinin invaziv uşaq kardioloqu Elnur İmanov Naxçıvan Diaqnostika-Müalicə Mərkəzində 38 nəfərdə EXO müayinəsi aparıb. Diaqnostika-Müalicə Mərkəzinin həkim briqadası Culfa Rayon Mərkəzi Xəstəxanasında olub, 75 nəfərdə müayinələr, 63 nəfərdə müxtəlif cərrahiyyə əməliyyatları aparıb. Naxçıvan Muxtar Respublikasının təhsil müəssisələrində şagirdlərin kütləvi müayinəsi başa çatıb. 40 min 349 nəfərdə müayinə aparılıb, 5 min 887 nəfər dispanser qeydiyyata alınıb.

Muxtar respublika ərazisində yoluxucu xəstəliklərə görə epidemioloji vəziyyət sabit olub, xüsusi təhlükəli infeksiyalar qeydə alınmayıb. Hepatit virusları ilə yoluxmanın qarşısının alınması məqsədilə Naxçıvan Muxtar Respublikası Gigiyena və Epidemi­ologiya Mərkəzinin əməkdaşları tərəfindən dezinfeksiya tədbirlərinə görə monitorinq aparılıb və müvafiq tədbirlər görülüb.
Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi irsi qan xəstəliklərindən əziyyət çəkən və qan köçürülməsinə ehtiyacı olan digər xəstələrin müalicəsində istifadə olunmaq üçün könüllü qanvermə aksiyalarının təşkilini davam etdirib. 17 aprel – Hemofiliya Günü münasibətilə Naxçıvan Diaqnostika-Müalicə Mərkəzində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi işçiləri tərəfindən qanvermə aksiyası keçirilib, hemofiliya və talassemiyalı xəstələrə köçürmək üçün 18 nəfərdən 9,5 litr qan tədarük edilib.
Muxtar respublikamızın səhiyyə sistemində kadrların bilik və bacarıqlarının artırılması vacib məsələ kimi diqqət mərkəzində saxlanılıb. Aprel ayında orta tibb işçilərinin sertifikasiya imtahanı keçirilib, imtahanda 111 orta tibb işçisi iştirak edib, 69 nəfəri uğurlu nəticə qazanıb. İxtisaslı kadrların hazır­lanması və beynəlxalq elmi əlaqələrin genişləndirilməsi məqsədilə Naxçıvan Tibb Kollecinin 12 nəfərdən ibarət müəllim və tələbə heyəti Türkiyə Respublikasının Ankara şəhərində yerləşən Halide Edip Mesleki və Teknik Anadolu Liseyində bir aylıq təcrübə kursuna göndərilib.
Mənşəyi bəlli olmayan dərman preparatlarının qanunsuz gətirilməsinin və satışının qarşısının alınması məqsədilə Səhiyyə Nazirliyində Dövlət Təhlükəsizliyi Xidməti və Dövlət Gömrük Komitəsi ilə birgə maarifləndirici seminar təşkil olunub.

Naxçıvan Muxtar Respublikası
Səhiyyə Nazirliyinin mətbuat xidməti

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

5631068
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
14520
18377
14520
176959
5631068

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter