26 May 2017, Cümə

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

ARXİV

May 2017
Be Ça Ç Ca C Ş B
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31 1 2 3 4

 

 

LİNKLƏR

 

 

Naxçıvan Muxtar Respublika Xəstəxanasında müasir dövrün yolu­xucu xəstəliklərindən olan hepatit B və C viruslarının müayinə, müalicə və profilaktikası barədə elmi-praktik konfrans keçirilib.

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Tibbi yardımın təşkili şöbəsinin müdiri Süleyman Cəfərov tədbiri giriş sözü ilə açaraq bildirib ki, son illər yoluxucu xəstəliklərlə mübarizə və profilaktika sahəsində aparılan tədbirlər nəticəsində vaxtaşırı olaraq qonşu ölkələrdə və ümumiyyətlə, regionda müşahidə edilən epidemioloji gərginliyə baxmayaraq, muxtar respublikamızda epidemioloji sabitlik təmin edilib. Bununla yanaşı, nəzərə alınmalıdır ki, ötən əsrin sonlarından yayılmış hepatit virusları kəskin xroniki xəstəliklər törədərək insanların sağlamlığında ciddi pozuntular yaradır. Hepatit B və C virus infeksiyalarının qarşısının alınması tədbirlərinin genişləndirilməsi məqsədilə ötən il dekabrın 27-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində keçirilən müşavirədə konkret tapşırıqlar verilib. Hepatit B və C virus xəstələrinin müayinəsi, müalicəsi və xəstəliklərə qarşı qorunma tədbirləri Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin kollegiyasında müzakirə olunaraq iş planına daxil edilib və xüsusi həkim komissiyası yaradılıb.

Mərkəzin həkim-infeksionisti Süleyman Cabbarov “Virus B, C hepatitlərinin yayılma yolları, diaqnostika və müalicəsi”, QİÇS-lə mübarizə şöbəsinin müdiri Hüseyn Mikayılov “Virus hepatitlərinin laborator diaqnostika kriteriyaları” mövzularında çıxış edərək qanla keçən infeksiyaların (QİÇS, HİV, eləcə də hepatit B və C) müayinəsinə muxtar respublikada 2006-cı ildən başlanıldığını, hazırda donorların, obliqat qrupların, bütün əməliyyat olunanlar və hamilələrin, nikaha daxil olanlar və könüllü müraciət edənlərin də müayinələrdən keçirildiyini bildiriblər.
Qeyd olunub ki, əməliyyat, doğuş aparılan əksər dövlət və özəl tibb müəssisələrində hepatit B və C viruslarının, eləcə də qanla keçən digər infeksiyaların ilkin olaraq ekspres metodla müayinələri icra edilib, 2017-ci ilin birinci rübü ərzində mərkəzdə stasionar müalicə alan bütün xəstələr yaxşılaşma ilə evə buraxılıblar.
Çıxışlar videosüjet, diaqram, cədvəl və slaydlarla müşayiət olunub, müzakirələr aparılıb. Konfransda iştirak edən həkim-infeksionist, terapevt, stomatoloq, ginekoloq, cərrah və laboratoriya işçilərini maraqlandıran suallar cavablandırılıb.
Naxçıvan Muxtar Respublikası Yoluxucu Xəstəliklər Mərkəzinin baş həkimi Xeyrənsə Babayeva konfransa yekun vurub.

Naxçıvan Muxtar Respublikası
Səhiyyə Nazirliyinin
mətbuat xidməti

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

2472363
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
11214
16737
73928
411926
2472363

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter