20 Oktyabr 2017, Cümə

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Oktyabr 2017
Be Ça Ç Ca C Ş B
25 26 27 28 29 30 1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31 1 2 3 4 5

 

 

LİNKLƏR

 

 

İxtisaslı kadrların hazırlanması və beynəlxalq elmi əlaqələrin genişləndirilməsi məqsədilə Naxçıvan Tibb Kollecinin 12 nəfərdən ibarət müəllim və tələbə heyəti Türkiyə Respublikasının Ankara şəhərində yerləşən Halide Edip Mesleki və Texnik Anadolu Liseyində biraylıq təcrübə kursuna yola salınıb.
Bu münasibətlə keçirilən tədbirdə çıxış edən kollecin direktoru Sona Məmmədova Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi ilə Türkiyə Respublikasının tanınmış klinika və ali məktəbləri arasında qarşılıqlı əməkdaşlıq əlaqələrinin davamlı xarakter aldığını bildirib. Qeyd edib ki, ixtisaslı kadrların hazırlanması və beynəlxalq elmi əlaqələrin genişləndirilməsi məqsədilə Naxçıvan Tibb Kollecinin müəllim və tələbələri ötən il də Türkiyə Respublikasının Ərzurum Atatürk Universitetində və Ankara şəhərində yerləşən Halide Edip Mesleki və Texnik Anadolu Liseyində keçirilən təcrübə kurslarında ayrı-ayrı heyətlərlə təmsil olunublar. Durağan Mesleki və Texnik Anadolu Liseyi ilə də Naxçıvan Tibb Kolleci arasında tələbə mübadiləsi çərçivəsində qarşılıqlı qardaşlaşma münasibətləri yaradılıb.

Tələbələr kurs müddətində araşdırma xəstəxanasının daxili xəstəliklər və cərrahiyyə, təcili tibbi yardım üzrə bölmələrində, yenidoğulmuşlar, döş qəfəsi, yoluxucu xəstəliklər şöbələrində plastik və keysəriyyə əməliyyatlarını izləyib, doğuş palatalarında, genetik laboratoriyada iş prosesi ilə tanış olub, müasir tibbi avadanlıq və cihazların istifadə qaydalarını, yeni müayinə-müalicə üsullarını mənimsəyiblər. Həmçinin açıq ürək, kəskin apendisit, LOR, göz, keysəriyyə əməliyyatlarında, şəkərli diabet xəstələrində qanqrenalı yaraların işlənməsində, müxtəlif manipulyasiyaların aparılmasında, sarğıların qoyulmasında, digər tibbi proseslərdə iştirak edib, qarşılıqlı təcrübə mübadiləsi aparıblar. Növbəti heyətdə isə mamalıq, müalicə, tibb bacısı işi üzrə təhsil alan tələbələr təmsil olunurlar.
Kursa yollananlardan həkim-provizor Zinyət Məmmədova, mama-ginekologiya üzrə həkim rezident Lalə İbrahimova, üçüncü kurs tələbəsi Səadət Xudaverdiyeva onların müasir nəzəri və təcrübi biliklərə yiyələnmələri üçün yaradılmış bu şəraitdən səmərəli istifadə edəcəklərini bildiriblər.
Türkiyə Respublikasının tanınmış klinika və ali məktəbləri arasında qarşılıqlı əməkdaşlıq əlaqələri bundan sonra da davam etdiriləcəkdir. Əlaqələrin inkişaf etdirilməsi Naxçıvan Tibb Kollecində ixtisaslı tibb işçilərinin hazırlanması işinə öz töhfəsini verir və muxtar respublikanın səhiyyə ocaqlarının kadr təminatının ödənilməsi məqsədi daşıyır.

Naxçıvan Muxtar Respublikası
Səhiyyə Nazirliyinin
mətbuat xidməti

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

4763284
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
5016
19017
71859
298344
4763284

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter