11 Dekabr 2018, Çərşənbə axşamı

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Dekabr 2018
Be Ça Ç Ca C Ş B
26 27 28 29 30 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31 1 2 3 4 5 6

 

 

LİNKLƏR

 

 

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyində ötən ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan kollegiya iclası keçirilib. Tədbirdə hesabat məruzəsi ilə çıxış edən səhiyyə naziri Niyazi Novruzov bildirib ki, son illər səhiyyə sahəsində aparılan islahatlar nəticəsində tibb müəssisələrinin maddi-texniki bazası xeyli yaxşılaşdırılıb, yeni səhiyyə ocaqları tikilərək istifadəyə verilib. 

Qeyd edilib ki, muxtar respublikada həyata keçirilən sosial-iqtisadi islahatların səmərəliliyi, əhalinin yaşayış standartlarının davamlı yüksəlişi, güzəranının daha da yaxşılaşması, müalicə-profilaktika işinin təşkili sahəsində görülən tədbirlər, tibbi xidmətin keyfiyyətinin və əhatəliliyinin artırılması və ümumiyyətlə, əhali rifahının davamlı yüksəlişi demoqrafik vəziyyətə öz müsbət təsirini göstərib. Belə ki, muxtar respublikada 2016-cı ildə 6510 uşaq doğulub, 1850 ölüm hadisəsi qeydə alınıb, təbii artım 4660 nəfər, doğum göstəricisi 14,5, ölüm göstəricisi 4,1, 1 yaşa qədər uşaq ölümü 10 nəfər olmaqla, 1,5 promilli təşkil edib.

Vurğulanıb ki, dispanserizasiya işini yaxşılaşdırmaq, əhalini kütləvi müayinələrdən keçirmək, ucqar kəndlərdə və obalarda əhaliyə yüksəkixtisaslı səhiyyə xidmətləri göstərmək məqsədilə yaradılmış həkim briqadaları yerlərdə müayinə-müalicə işi aparıb. Qadın mədəniyyət işçiləri arasında süd vəzi xərçəngini vaxtında aşkarlamaq üçün profilaktik kütləvi mamoqrafiya müayinələri, ilkin vərəm xəstə­liyinin vaxtında aşkarlanması məqsədilə kiçikyaşlı uşaqlar arasında tuberkulin sınağı, yuxarı sinif şagirdləri və müəllimlər arasında flüoroqrafiya müayinəsi və məktəbyaşlı uşaqların kütləvi oftalmoloji, stomatoloji, ortopedik, endo­krinoloji müayinələri davam etdirilib.
Niyazi Novruzov diqqətə çatdırıb ki, tibb işçilərinin ixtisas səviyyəsini artırmaq məqsədilə çoxsaylı seminar və konfranslar keçirilib. Həmçinin onlar Bakı şəhərinin, İranın və Türkiyənin müxtəlif klinika və xəstəxanalarına təkmilləşdirmə kurslarına göndərilib, həkim və orta tibb işçilərinin sertifikasiya işi davam etdirilib.
Yoluxucu xəstəliklərin qarşısının alınması məqsədilə daim dezinfeksiya və dezinseksiya tədbirləri, larviolla delarvasiya aparılır. Bunun nəticəsidir ki, yoluxucu xəstəliklərin kökü, demək olar ki, kəsilib.
Nazir bildirib ki, səhiyyə müəssisələrinin fəaliyyətində olan nöqsan və çatışmazlıqlar qısa müddətdə aradan qaldırılmalı, əldə olunmuş müsbət nəticələrin davam etdirilməsi ciddi nəzarətdə saxlanılmalı, həkimlərin peşəkarlığının artırılması istiqamətində tədbirlər görülməlidir.
Sonra nazirliyin Statistika və informatika sektorunun müdiri Kəmalə Həsənovanın, Naxçıvan Şəhər Körpələr Evi və Ailələrə Dəstək Mərkəzinin baş həkimi Rəsmiyyə Xasayevanın, Sədərək Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Kəmalə İbrahimovanın və Naxçıvan Tibb Kollecinin direktoru Sona Məmmədovanın çıxışları olub.
Kollegiya iclasına yekun vuran səhiyyə naziri Niyazi Novruzov bildirib ki, tibb müəssisələri üzərlərinə düşən bütün vəzifələrin, qarşıya qoyulan tələblərin, verilən tapşırıqların öhdəsindən bundan sonra da layiqincə gələcək, əhalinin sağlamlığının etibarlı şəkildə qorunması üçün tibb işçiləri qüvvə və bacarıqlarını əsirgəməyəcək, cari ili yüksək göstəricilərlə başa vuracaqlar.

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin
mətbuat xidməti

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3391051
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
5667
5214
10881
50218
3391051

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter