18 Yanvar 2018, Cümə axşamı

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Yanvar 2017
Be Ça Ç Ca C Ş B
26 27 28 29 30 31 1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31 1 2 3 4 5

 

 

LİNKLƏR

 

 

Bakı şəhərində fəaliyyət göstərən Akademik Mirəsədulla Mirqasımov adına Respublika Klinik Xəstəxanasının yüksək­ixtisaslı həkim heyətinin yanvar ayının 13-15 tarixlərində Şərur rayonunda keçirdiyi növbəti humanitar aksiya başa çatıb.
Şərur Rayon Mərkəzi Xəstəxanasında təşkil olunan aksiyada xəstəxananın baş həkimi Telman İbad­ovun rəhbərliyi ilə 22 yüksək­ixtisaslı həkim və orta tibb işçisi iştirak edib. Bütövlükdə 2 min 568 nəfər müayinə olunub. Onlardan 73 nəfərin üzərində cərrahi əməliyyat aparılıb. Aztəminatlı ailələrdən cərrahi müdaxiləyə ehtiyacı olan xəstə­lər üzərində ümumi cərrahi, proktoloji, uroloji, burun-qulaq-boğaz və digər əməliyyatlar həyata keçirilib. Aksiya zamanı pasiyentlər həmçinin hematoloji, uroloji, nefroloji, proktoloji, oftalmoloji və digər tibbi xidmətlərlə də əhatə olunublar.

385 USM, 312 laborator müayinəsi aparılıb. Müayinə olunmaq üçün xəstəxanaya müraciət edən pasiyentlərin hamısını tibbi xidmətlə təmin etmək məqsədilə Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi tərəfindən lazımi şərait yaradılıb. Şərur Rayon Mərkəzi Xəstəxanasının tibbi heyəti də Bakıdan gələn həkimlərlə birgə əhaliyə tibbi xidmət göstərib.
Yüksəkixtisaslı heyət laboratoriyada ümumi analizlərin olunması, infeksiyaların təyini, aparatların işləmə mexanizmini yerli həkim və tibb işçilərinə izah edib.

* * *

Bakı şəhərindəki “HB Güvən” klinikasının yüksəkixtisaslı həkim heyəti yanvarın 13-14-də Naxçıvan Muxtar Respublika Xəstəxanasında humanitar aksiya keçirib. Endo­krinoloq, uşaq cərrahı, ümumi cərrah, uroloq, plastik, estetik və rekonstruktiv cərrah, LOR, ginekoloq və başqalarının təmsil olunduğu heyət ikigünlük aksiyada 70 nəfəri endokrinologiya xəstəlikləri üzrə tibbi müayinələrdən keçirib, onlarda müşahidə olunan zob düyünlərinin biopsiyası və ultrason müayinələri aparıb, şəkər xəstəlikləri və onların risk amillərini araşdırıb. 70 nəfər LOR, 56 nəfər uroloji, 53 nəfər ginekoloji, 39 nəfər ümumi cərrahi, 20 nəfər plastik cərrahi müayinə və müalicələrə cəlb olunub. Bütövlükdə 308 nəfər müxtəlif tibbi xidmətlərdən yararlanıb, onlara tibbi məsləhət və tövsiyələr verilib.
Aksiyaya Naxçıvan Muxtar Respublika Xəstəxanasının həkim və orta tibb işçiləri də qoşulub. Onlar aztəminatlı ailələrdən olan 24 uşaqda ümumi, 5 nəfərdə isə digər cərrahi əməliyyatlar aparıblar. 10 kompüter tomoqrafiyası, 10 MRT, 180 laborator, 130 ultrasəslə müalicə, 10 rentgen müayinəsi icra edilib.

Naxçıvan Muxtar Respublikası
Səhiyyə Nazirliyinin mətbuat xidməti

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

6245107
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
10333
22591
67161
295410
6245107

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter