13 Dekabr 2018, Cümə axşamı

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Dekabr 2018
Be Ça Ç Ca C Ş B
26 27 28 29 30 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31 1 2 3 4 5 6

 

 

LİNKLƏR

 

 

Bakı şəhərində fəaliyyət göstərən Akademik Mirəsədulla Mirqasımov adına Respublika Klinik Xəstəxanasının yüksəkixtisaslı həkim heyəti yanvar ayının 13-də Şərur rayonunda növbəti humanitar aksiyaya start verib.
Şərur Rayon Mərkəzi Xəstəxanasında təşkil olunan aksiyada xəstəxananın baş həkimi Telman İbad­ovun rəhbərliyi ilə 22 həkim və orta tibb işçisi iştirak edir. Həkim cərrahlardan Fariz Camalov, Zahid Zahidov, ginekoloq Zenfira İbadova, kardioloq Sevil Məmmədova, otolarinqoloq Məzahir Quliyev, nevropatoloq Elnarə Məsiyeva, uroloq Emin Məmmədov, nefroloq Fazilə Səlimova, endokrinoloq Gülnar Qasımova və başqalarının səyi ilə aksiyanın ilk günü 342 nəfər ambulator müayinə ilə əhatə olunub. Müayinə olunmaq üçün xəstəxanaya müraciət edən pasiyentlərin hamısını tibbi xidmətlə təmin etmək məqsədilə Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi tərəfindən lazımi şərait yaradılıb. Şərur Rayon Mərkəzi Xəstəxanasının tibbi heyəti də Bakıdan gələn həkimlərlə birgə əhaliyə səhiyyə xidməti göstərir.
Aztəminatlı ailələrdən cərrahi müdaxiləyə ehtiyacı olan 20 nəfər üzərində ümumi cərrahi, proktoloji, uroloji, burun-qulaq-boğaz və digər əməliyyatlar aparılıb. Əməliyyatlar uğurla davam edir, xəstələr bir gün ərzində müşahidə altında saxlanılır. Aksiya zamanı pasiyentlər həmçinin hematoloji, uroloji, nefroloji, proktoloji, oftalmoloji və digər tibbi xidmətlərlə də əhatə olunurlar.

Heyət yerli həkimlərə tibbi avadanlıqların işləmə qaydalarını da öyrədir. Laboratoriyada ümumi analizlərin olunması, infeksiyaların təyini, aparatların işləmə mexanizmi yerli həkim və tibb işçilərinə izah edilir.
Aksiyada iştirak edən Şərur rayonunun Aşağı Yaycı kənd sakini Əsgər Həkimov bildirib ki, onun cərrahi müdaxiləyə ehtiyacı var idi. Rayon Mərkəzi Xəstəxanasında belə bir aksiyanın keçirilməsi bu ehtiyacın ödənilməsinə imkan verib. Aksiyanın ilk günü üzərində cərrahi əməliyyat aparılıb. O, palataya yerləşdirilib, hazırda özünü yaxşı hiss edir.
Müayinə və müalicə ilə əhatə edilən Gülnar Hadıyeva, Zərəfşan Bağır­ova, Nüsrət Əhədov və başqaları belə xeyirxah aksiyaların təşkilatçı və icraçılarına minnətdarlıqlarını bildiriblər.
Humanitar aksiya iki gün davam edəcəkdir.

* * *

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə Bakı şəhərində fəaliyyət göstərən yüksəkixtisaslı həkim briqadalarının dəvət olunaraq muxtar respublikamıza gətirilməsi və aztəminatlı ailə­lərdən olan xəstələrin başqa ünvanlara üz tutmadan müayinəsinin və cərrahiyyə əməliyyatlarının təşkili davam etdirilir.
Bölgədə analoqu olmayan Naxçıvan Muxtar Respublika Xəstəxanasında qurulmuş müasir tibbi avadanlıq və cihazlar, yaradılmış şərait burada müxtəlif müayinə və müalicə metodlarının tətbiqinə imkan verir.
Yaranmış ənənə cari ildə də davam etdirilir. Türkiyə Respublikası Hacəttəpə və Ankara Tibb universitetləri Endokrinologiya və metabolizma kafedrasında, həmçinin ABŞ-ın Georgiya ştatındakı Emori Universitetində təhsil almış, Türkiyə, ABŞ və Avropa Endokrinoloji Cəmiyyətinin üzvü, hazırda Bakı şəhərindəki “HB Güvən” klinikasında tibbi fəaliyyət göstərən Rövşən Həsənovun rəhbərliyi ilə 8 nəfərlik yüksəkixtisaslı həkim heyəti yanvarın 13-dən Naxçıvan Muxtar Respublika Xəstəxanasında ikigünlük humanitar aksiyaya başlayıb. Yüksəkixtisaslı uşaq cərrahı Allahverdi Musayev, plastik, estetik və rekonstruktiv cərrah Elçin Abdullayev, burun-qulaq-boğaz həkimi Xəyyam Məsiyev, ginekoloq Rəşad Sultan və başqaları heyətdə təmsil olunurlar.
Aksiya başlanmazdan əvvəl keçirilən tədbirdə xəstəxananın Endokrinologiya şöbəsinin müdiri ­Aysel Dünyamalıyeva bildirib ki, səhiyyə sisteminin inkişafına göstərilən dövlət qayğısı bu sahənin maddi-texniki bazasının, kadr potensialının gücləndirilməsi, infra­strukturun yenidən qurulması tibbin əksər sahələrində mühüm irəliləyişlərə şərait yaradıb. Keçirilən növbəti humanitar aksiyada müxtəlifixtisaslı həkimlərin iştirakı xəstələrin hərtərəfli müayinə və müalicəsinə imkan verir. Bu, yerli həkimlərin peşə bacarığının yüksəldilməsi üçün mühüm əhəmiyyət kəsb edir. Müasir müalicə metodlarının öyrənilməsi və tətbiqi üçün yüksəkixtisaslı mütəxəssislərin iş təcrübəsindən istifadə olunur.
Sonra pasiyentlər endokrinologiya və metabolizma xəstəlikləri üzrə tibbi müayinələrdən keçiriliblər. Onlarda müşahidə olunan zob düyünlərinin biopsiyası və ultra­son müayinələri aparılıb, şəkər xəstəlikləri və onların risk amilləri araşdırılıb, xəstələr həmçinin uroloji, ginekoloji müayinələrdən keçirilib, onlara tibbi məsləhət və tövsiyələr verilib. İlk gün 15 nəfər üzərində müxtəlif cərrahiyyə əməliyyatı aparılıb. Aksiya bu gün də davam edəcəkdir.

Naxçıvan Muxtar Respublikası
Səhiyyə Nazirliyinin mətbuat xidməti

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3398679
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
1674
5770
18509
57846
3398679

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter