31 Mart 2020, Çərşənbə axşamı

Babək rayonunun Zeynəddin kəndində Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin, Babək Rayon İcra Hakimiyyətinin və rayon Prokurorluğunun birgə təşkilatçılığı ilə torpaqların istifadəsinə və mühafizəsinə dövlət nəzarəti ilə bağlı maarifləndirici tədbir keçirilib.

Tədbiri giriş sözü ilə rayon İcra Hakimiyyəti başçısının müavini Nihal Məmmədov açaraq bu istiqamətdə görülmüş işlərdən ­danışıb.
Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin əməkdaşı Nurlan Fətəliyev torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarətinin məqsəd və vəzifələrini tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Qeyd edilib ki, muxtar respublikamızda bütün mülkiyyət növləri üzrə torpaq fondundan səmərəli və məqsədyönlü istifadənin təmin edilməsi diqqətdə saxlanılır, bu məqsədlə mütəmadi monitorinqlər aparılır. Lakin həyata keçirilən tədbirlərə baxmayaraq, vətəndaşlar tərəfindən torpaqlardan təyinatı üzrə istifadə edilməməsi, özbaşına tikililərin aparılması, eləcə də torpaqların mühafizə zonalarında qanunsuz tikililərin inşa edilməsi hallarına hələ də rast gəlinir. Xidmətin mütəxəssisləri tərəfindən aparılan monitorinqlər zamanı Zeynəddin kəndində də torpaqlardan qanunsuz istifadə halları aşkar edilərək aradan qaldırılıb.
Vurğulanıb ki, təyinatı üzrə, səmərəli və müəyyən edilmiş rejimə uyğun istifadə torpağı daha da məhsuldar edir. Torpaq sahəsi ilə bağlı öhdəliklərə və məhdudiyyətlərə əməl etmək isə torpaq üzərində hüquqlarını həyata keçirən hər bir mülkiyyətçinin, istifadəçinin və icarəçinin başlıca vəzifəsidir.
Rayon prokurorluğunun əməkdaşı Elməddin Bağırov torpaqlardan qanunsuz istifadənin hüquqi nəticələri və yaratdığı məsuliyyət barədə tədbir iştirakçılarına geniş məlumat verib.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Naxçıvan Muxtar Respublikası
Daşınmaz Əmlak və Torpaq
Məsələləri üzrə Dövlət Xidmətinin mətbuat xidməti

ARXİV

Mart 2020
Be Ça Ç Ca C Ş B
24 25 26 27 28 29 1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31 1 2 3 4 5

MÜƏLLİFLƏR

KEÇİDLƏR