23 Fevral 2017, Cümə axşamı

ARXİV

Fevral 2017
Be Ça Ç Ca C Ş B
30 31 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 1 2 3 4 5

 

 

LİNKLƏR

 

 

Son illər dünyada qaraciyər xəstəliklərindən əziyyət çəkən insanların sayı nəzərəçarpacaq dərəcədə artıb. Hazırda dünya əhalisinin 2 milyard nəfərdən çoxu qaraciyər xəstəliklərindən əziyyət çəkir. MDB ölkələrində isə hər il 500 mindən 1 milyona qədər insan bu və ya digər qaraciyər patologiyası ilə ilk dəfə qeydiyyatdan keçir. Bütün bunları və qaraciyər xəstəlikləri ilə bağlı problemlərin aktuallığını nəzərə alaraq Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Tibbi yardımın təşkili şöbəsinin müdiri Süleyman Cəfərovla söhbət etdik. Müsahibimiz, ilk növbədə, qaraciyərin orqanizmdə rolu barədə məlumat verdi: 

– Qaraciyər orqanizmdə yüzlərlə funksiyanı yerinə yetirir. Bunlardan ən mühümü isə filtr və baryer funksiyalarıdır. İnsan yaşadığı müddətdə onun orqanizmi ən müxtəlif toksiki təsirlərə məruz qalır. Zərərli maddələrlə “zənginləşən” qan sutka ərzində 400 dəfə qaraciyərdən keçir və məhz burada toksinlərdən təmizlənərək orqan və toxumalara qayıdır. Bir sözlə, qaraciyər bədənin sağlamlığını ömürboyu qoruyan əsas orqanlardan biridir. Görkəmli alim İbn Sina bildirirdi ki, “Qaraciyər sağlam olarsa, deməli, bütün orqanizm sağlam olar”.
– Muxtar respublikamızda qaraciyər xəstəliklərinin profilaktikası, müayinə və müalicəsi üçün hansı imkanlar var? Bu sahədə görülən tədbirlər nədən ibarətdir?
– Qeyd edim ki, müasir dövrdə Naxçıvan səhiyyəsi inkişaf edir, bu sahədə köklü dəyişikliklər baş verir. Muxtar respublikamızın bütün bölgələrində yeni tibb müəssisələri tikilib, mövcud səhiyyə ocaqları əsaslı təmir edilib və ən müasir avadanlıqlarla, cihazlarla təmin olunub. Bu iş indi də davam etdirilir. Səhiyyə işçiləri inkişaf etmiş tibb təhsili mərkəzlərində təcrübə keçirlər. Son illərin quruculuq ünvanlarından olan Naxçıvan Muxtar Respublika Xəstəxanasında, Yoluxucu Xəstəliklər Mərkəzində, Diaqnostika-Müalicə Mərkəzində müasir təbabətin ən son nailiyyətləri tətbiq edilir. Beləliklə, bütün bunlar onu deməyə əsas verir ki, güclü maddi-texniki bazası və yüksək səviyyəli ixtisaslı kadrları olan səhiyyə müəssisələrimizdə digər xəstəliklərlə yanaşı, qaraciyər xəstəliklərinin də diaqnostika və müalicəsi üçün lazımi şərait mövcuddur.

Ardını oxu...

Kəngərli Rayon Mərkəzi Xəstəxanasında əvvəllər istifadə olunmayan anesteziya – narkoz aparatının cari ilin fevral ayında işə salınması bir sıra cərrahi əməliyyatların aparılmasına imkan verib. Ötən şənbə günü burada 7 cərrahi əməliyyat aparılıb.

Naxçıvan Muxtar Respublikası  Səhiyyə Nazirliyinin mətbuat xidmətindən serqqapisi.az-a verilən məlumata görə səhiyyə müəssisəsinin həkim və orta tibb işçiləri əvvəlcə ambulator müayinələr aparıblar. Cərrahi müdaxiləyə ehtiyacı olan xəstələr üzərində uroloji, proktoloji qiqant yırtıq, öd kisəsi əməliyyatları icra olunub. Əməliyyatlar uğurla başa çatdırılıb, xəstələr birgünlük müşahidədən sonra evlərinə buraxılıb.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikasının Səhiyyə Nazirliyindən serqqapisi.az saytına verilən məlumata görə,  Naxçıvan Muxtar Respublikasında  mövsümi xəstəliklərin və zəhərlənmələrin qarşısını almaq məqsədilə ötən ay su təchizatı sistemlərində, ictimai, inzibati və fərdi binalarda, məişət tullantıları qoyulan meydançalarda 32 min 330 kvadratmetr dezinfeksiya və 450 kvadratmetr dezinseksiya tədbirləri həyata keçirilib. Müvafiq tədbirlərin davam etdirilməsi ilə bağlı qidalanma sənayesi, kommunal, ictimai-iaşə, ticarət, su təchizatı, müalicə-profilaktika müəssisələrinin  rəhbərlərinə  göstərişlər verilib. Nəticədə,  muxtar respublikamızda yanvar ayında epidemioloji vəziyyət sabit olub, zəhərlənmələr baş verməyib, infeksiya ocaqlarında profilaktik və epidemiya əleyhinə tədbirlər həyata keçirilib. Yenidoğulmuş  uşaqların 98,6 faizi idarəolunan yoluxucu xəstəliklərə görə peyvənd alıb.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyində ötən ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan kollegiya iclası keçirilib. Tədbirdə hesabat məruzəsi ilə çıxış edən səhiyyə naziri Niyazi Novruzov bildirib ki, son illər səhiyyə sahəsində aparılan islahatlar nəticəsində tibb müəssisələrinin maddi-texniki bazası xeyli yaxşılaşdırılıb, yeni səhiyyə ocaqları tikilərək istifadəyə verilib. 

Qeyd edilib ki, muxtar respublikada həyata keçirilən sosial-iqtisadi islahatların səmərəliliyi, əhalinin yaşayış standartlarının davamlı yüksəlişi, güzəranının daha da yaxşılaşması, müalicə-profilaktika işinin təşkili sahəsində görülən tədbirlər, tibbi xidmətin keyfiyyətinin və əhatəliliyinin artırılması və ümumiyyətlə, əhali rifahının davamlı yüksəlişi demoqrafik vəziyyətə öz müsbət təsirini göstərib. Belə ki, muxtar respublikada 2016-cı ildə 6510 uşaq doğulub, 1850 ölüm hadisəsi qeydə alınıb, təbii artım 4660 nəfər, doğum göstəricisi 14,5, ölüm göstəricisi 4,1, 1 yaşa qədər uşaq ölümü 10 nəfər olmaqla, 1,5 promilli təşkil edib.

Ardını oxu...

Yanvarın 26-da Naxçıvan Muxtar Respublika Xəstəxanasında hepatit viruslarına qarşı mübarizə və profilaktika tədbirlərinin gücləndirilməsi barədə elmi-praktik seminar keçirilib.
Xəstəxananın baş həkimi Əli Ələsgərov bildirib ki, hepatit (A, B, C, D, E) virusları kəskin xroniki xəstəliklər törədərək insanların sağlamlığında ciddi pozuntulara səbəb ola bilər. Hepatitə yoluxmuş insanların çox böyük əksəriyyəti bundan xəbərsiz olur. Yalnız hepatitin müxtəlif formaları, onların qarşısının alınması və müalicəsi yolları barədə maarifləndirməni genişləndirməklə insan həyatını belə xəstəliklərdən xilas edə bilərik.
Muxtar respublikada hepatit viruslarına yoluxmuş xəstələrdə diaqnozun qoyulması, onların qeydiyyatının aparılması, dərman preparatları ilə təmin edilməsi və müalicələrinin təkmilləşdirilməsi məqsədilə ardıcıl tədbirlər görülür, nikaha daxil olmaq istəyən şəxslər hepatit B, hepatit C, o cümlədən QİÇS üzrə tibbi müayinədən keçirlər. Evlilik öncəsi məcburi tibbi müayinələrin tərkib hissəsi olan hepatitlərə görə müayinələr Naxçıvan Muxtar Respublika Xəstəxanasının Hematologiya şöbəsində aparılır. Nikaha daxil olmaq istəyən şəxslərə tibbi arayışların verilməsi müayinələrin nəticələri təqdim edildikdən sonra həyata keçirilir. Bunun üçün Naxçıvan Muxtar Respublika Xəstəxanasında, Yoluxucu Xəstəliklər Mərkəzində, Doğum Mərkəzində lazımi maddi-texniki baza yaradılıb.

Ardını oxu...

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

1071174
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
1040
10889
28548
234218
1071174

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter