24 Oktyabr 2017, Çərşənbə axşamı

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Oktyabr 2017
Be Ça Ç Ca C Ş B
25 26 27 28 29 30 1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31 1 2 3 4 5

 

 

LİNKLƏR

 

 

 50 illik yubileyi təntənəli şəkildə qeyd olunan Naxçıvan Dövlət Universitetinin ötən müddət ərzində ölkəmiz üçün müxtəlif ixtisaslar üzrə mütəxəssislər yetişdirməsindəki fəaliyyəti nümunə gücündədir. Bu baxımdan ali təhsil ocağının İncəsənət fakültəsinin tərkibində 1998-ci il martın 28-də yaradılmış Tələbə Teatr Studiyasının öz ətrafına topladığı istedadlı tələbələrin təhsillərini başa vurduqdan sonra müxtəlif teatrlarda çalışması diqqətəlayiqdir. Studiyanın fəaliyyəti ilə yaxından tanış olmaq üçün kollektivin rəhbəri, Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi Gülxarə Əhmədova ilə həmsöhbət olduq. O bildirdi ki, studiya universitetin mədəni həyatının tərkib hissəsinə çevrilib. Yaradıcı qurum tələbə-gənclərin istedad və qabiliyyətlərinin üzə çıxarılmasında mühüm rol oynayır. 

Studiyanın ilk tamaşası kimi “Beyrəyin andı” pyesi seçilib. Dərin həyati fəlsəfəsilə fərqlənən pyes tarixi-mənəvi dəyərlərimizin ədəbi abidəsi “Kitabi-Dədə Qorqud” dastanlarının motivləri əsasında, müasir düşüncə prizmasında uğurlu həllini tapıb.

Ardını oxu...

Azərbaycanda oyma, yonma, döymə üsulu ilə sənət əsərlərinin yaradılması ənənəsi tarixən mövcud olub. Ölkəmizin qədim məskənlərindən olan Gəmiqayada və Qobustanda daşlar üzərindəki oymalar, rəsmlər, fiqurlar buna sübutdur. 

Bu gün haqqında danışacağımız sənətkar daşduzdan əl işləri yaradan Naxçıvan şəhər sakini Zülfüqar Zeynalovdur. Doğma Naxçıvanımızı müalicə turizmi məkanı kimi də şöhrətləndirən, tariximizin qədimliyinin daş möhürü olan duz Zülfü­qar­ Zeynalov üçün ilham mənbəyidir. Bu günə kimi 30-a yaxın sənət əsəri ərsəyə gətirən usta nəinki Naxçıvanda, bütövlükdə Azərbaycanda yeganə sənətkardır ki, əsərlərini daşduzdan yaradır. Cansız daşduz parçalarından yaratdığı əl işləri insanı düşüncələr aləminə aparır. Daşduzdan bacarıqla istifadə edərək əsərlər yaradan usta deyir ki, dünyanın bir sıra ölkələrinin muzeylərində gördüyüm müxtəlif daş materiallardan hazırlanmış eksponatlarla bağlı videokadrlara həsədlə baxardım. Əvvəlcə taxtadan, keramikadan müxtəlif suvenirlər, abidələr hazır­layırdım. 2004-cü ildə isə daşduzdan ilk əl işim olan qılıncı ərsəyə gətirdim. Zülfüqar ustanın sözlərinə görə, daşduzla işləmək, ondan sənət əsəri yaratmaq o qədər də asan deyil. Necə deyərlər, yüz ölçüb, bir biçməlisən. Daşduz adi daş kimi mülayim, “sözəbaxan” olmadığına görə bu materialla işləyən zaman daha dəqiq və diqqətli olmaq lazımdır. Bu sənət insandan dözüm, səbir, istedad, sevgi tələb edir. Bunlar kompleks şəkildə olanda yaxşı əsər meydana gəlir.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman, Təhsil nazirliklərinin, Gənclər Fondunun, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatı Heydər Əliyev adına Gənclər Birliyinin təşkilatçılığı ilə “Naxçıvanı tanıyaq” devizi altında gənclərin Ordubad rayonunda yerləşən muzeylərə ekskursiyası təşkil olunub.
Əvvəlcə Gənclər və İdman Nazirliyinin Gənclərlə iş şöbəsinin müdiri Tahir Məmmədli çıxış edərək gəncləri muxtar respublikada turizmin inkişaf etdirilməsi ilə bağlı görülən işlərdə aktiv olmağa və gəzinti zamanı çəkilmiş fotoşəkillərin sosial şəbəkələrdə müxtəlif xarici dillərdə paylaşılmasında fəallıq göstərməyə çağırıb. Gənclərin gəzintiləri Ordubad Rayon Tarix-Diyarşünaslıq Muzeyindən başlayıb. Burada onlara eksponatlar haqqında məlumat verilib.
Sonra gənclər kimyaçı-alim Yusif Məmmədəliyevin, pedaqoq, şair-publisist Məhəmməd Tağı Sidqinin və yazıçı-publisist Məmməd Səid Ordubadinin ev-muzeylərində olublar.
Muzey bələdçiləri Azərbaycan elminə, ədəbiyyatına öz töhfələrini vermiş şəxsiyyətlər haqqında geniş məlumat veriblər.
Ekskursiyada 30 gənc iştirak edib.

 Ceyhun MƏMMƏDOV

Naxçıvan şəhərində dəvət olunduğum bir toy ziyafətində masabəyinin iştirakçılara təqdim etdiyi müğənni qısa bir vaxtda bütün məclisin diqqətini özünə cəlb edə bildi. Onun ifa etdiyi “Sarı gəlin” xalq mahnısında vurduğu zəngulələr özünəməxsusluğu ilə diqqət çəkirdi. Ziyafət iştirakçılarının da çoxlarının tanımadıqları bu vokalist kimdir? – deyə fikrimdən keçirdim. Bu an mahnı sona çatdı. Toya dəvətlilərin xahişi ilə o, daha bir neçə mahnı ifa etdi. “Küçələrə su səpmişəm”, “Niyə gəlməz oldun” xalq mahnıları, Müslüm Maqomayevin “Mənim Azərbaycanım” mahnısı da alqışlarla qarşılandı. Onun Ukrayna Respublikasında, yaxınlarının isə Naxçıvan şəhərinin Qaraçuq kəndində yaşadığını bir qədər sonra öyrəndim. Jurnalist marağı məni ona yaxınlaşmağa, tanış olmağa sövq etdi...

Qurban Abbasov 1952-ci ildə Naxçıvan şəhərinin Qaraçuq kəndində anadan olub. Naxçıvan şəhər 39 nömrəli dəmiryol məktəbini bitirib. Bir il Araz Su Elektrik Stansiyasında fəhlə işləyib. 1971-ci ildə Şıxəli Qurbanov adına Azərbaycan Dövlət Musiqili Komediya Teatrının xor qrupuna işə dəvət alıb. Həmin il Asəf Zeynallı adına Bakı Musiqi Texnikumunun rus bölməsinə daxil olub. Bu təhsil müəssisəsində görkəmli vokal ustası Pərixanım Behbudovadan dərs alıb. Bir il sonra xor qrupu Ukraynanın Vladimirsk, Kursk, Bryansk, Oryol şəhərlərində qastrol səfərlərində olub. Qurban Abbasov xor qrupunun tərkibində solist kimi öz istedadını göstərə bilib. Burada ona Qliyer adına Musiqi Texnikumunda təhsil almağı təklif ediblər. Razılaşıb. Ukraynanın Əməkdar artisti İvan İqnatyeviç Polivodanın sinfində oxuyub. 1978-ci ildə Ukrayna Dövlət Konservatoriyasına daxil olub. Paralel olaraq həm də rejissorluq kursunu bitirib. Ali məktəbi başa vurduqdan sonra Ukrayna Dövlət Opera və Balet Teatrına dəvət alıb. Konservatoriyada ona dərs deyən Ukraynanın Xalq artisti Vasili Yakovleviçlə çiyin-çiyinə çalışıb. Müəllimi ilə birgə işləmək onun bir sənətkar kimi formalaşmasında mühüm rol oynayıb. Teatrda onun birinci işi dünya şöhrətli bəstəkar Cüzeppe Verdinin “Traviata” operasında Alfredo rolu olub. Bu rolda həmyerlimiz öz səs diapazonu imkanlarını ortaya qoymağı bacarıb. Bir müddət müqavilə ilə Almaniyanın Veymar şəhərində fəaliyyət göstərən Musiqili Komediya Teatrında və oradakı sovet qoşunlarının hərbi ansamblının solisti kimi çalışıb.

Ardını oxu...

XVl-XVll əsrlərdə Azərbaycanın bir çox bölgəsində, xüsusilə Naxçıvanda əhali arasında geniş yayılmış, öz zəngin görünüşüylə göz­oxşayan tikmə üsullarından biri də güləbətin tikmə üsuludur.
Güləbətin tikmə üsulu bahalı və ağır, sıx toxunuşlu parça üzərində tətbiq olunur. Parça üzərində qızılı və gümüşü saplar həm tikilmə texnikası, həm də gözoxşayan naxış oriyentallığıyla insanda estetik zövq yaradır. Bu tikmə üçün seçilən parça növü adətən mahud və ya tirmə olurdu. Güləbətin tikmə üçün saplar fərqliliyi ilə seçilir, bu saplarla işləmək xüsusi sənətkarlıq tələb edir. Saplar əyirmə və eşmə nəticəsində alınır, qızılı və gümüşü sapların özəyi ipək, adi iplik və kətan, yalnız üst təbəqəsi qızılı və gümüşü olur.
Güləbətin tikmə növünün bir neçə üsulu vardır. Doldurma tikmə sənəti muxtar respublikamızda daha çox yayıldığından, bu özəllik güləbətində də öz əksini tapır. Çünki ən geniş yayılmış üsul sadə və qabarıq doldurma üsuludur. Güləbətin tikmənin əsas xüsusiyyəti onun böyük və siluetli olmasıdır.
Həmin dövrdə, əsasən, milli geyimlərdə, xüsusən Naxçıvan xanımlarının geyindiyi üst geyimlərində və qadın baş geyimi olan araqçınlarda daha çox təsadüf olunur. Bu da keçmişdən xanımlarımızın yüksək zövqə sahib olduğundan xəbər verir.
Qədimdə Naxçıvanda hər bir nişanlı qız öz cehizliyi üçün güləbətin tikmə üsulu ilə işlənmiş müəyyən əşyaları əl əməyi, göz nuru ilə bəzəyirdi (örtüklər, yastıqlar, daraqqabı, canamazlar və sair).

Ardını oxu...

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

4829759
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
10882
17982
28864
364819
4829759

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter