13 Dekabr 2018, Cümə axşamı

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Dekabr 2018
Be Ça Ç Ca C Ş B
26 27 28 29 30 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31 1 2 3 4 5 6

 

 

LİNKLƏR

 

 

Türkiyəli gənc tədqiqatçı ilə müsahibə

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin oktyabr ayının 17-də imzaladığı “Görkəmli rəssam İbrahim Səfiyevin 120 illik yubileyinin keçirilməsi haqqında” Sərəncam bir neçə ay bundan əvvəl Türkiyədə bir tədqiqatçıdan aldığım, telefonumda səsyazma şəklində duran müsahibəni mənə xatırlatdı. Həmin müsahibəni hazırlayıb oxuculara təqdim etmək qərarına gəldim. Qeyd edim ki, bu ilin may ayında Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə Türkiyədə Əskişəhərdə keçirilən “100-cü ilində Azərbaycan Cümhuriyyəti” beynəlxalq konqresində məruzə etdikdən sonra daha bir mövzu diqqətimi xüsusilə çəkmişdi: “Çağdaş türk rəsmində azərbaycanlı rəssam İbrahim Safi fırçasından Şərq müşahidələri”. Məruzəçi Rumeysa İşıq Yaylanın tədqiqatında naxçıvanlı rəssam İbrahim Səfiyevdən söhbət açılırdı. Yeni faktlarla dolğun və bitkin tədqiqat idi. Sakarya Universitetində Fənn-Ədəbiyyat fakültəsinin Sənət tarixi kafedrasında elmi işçi kimi çalışan Rumeysa xanımın məruzəsindən yola çıxaraq onunla müsahibəyə başladıq:

– Rumeysa xanım, necə oldu ki, rəssam İbrahim Səfiyevlə bağlı belə bir tədqiqat aparmaq qərarına gəldiniz?
– Əvvəla, qeyd edim ki, Azərbaycan dost və qardaş ölkə kimi türk gənc­liyinin, xüsusilə də elmi araşdırmalarla məşğul olanların ən çox maraq göstərdiyi ölkədir. Mən də bu baxımdan istisna deyiləm. Bu da ondan irəli gəlir ki, uzun illər bir-birimizdən ayrı düşmüşük. Bizi bizə unutdurmağa çalışıblar. Azərbaycanın təkrar öz müstəqilliyini əldə etməsi bu dostluq və qardaşlıq əlaqələrinin də möhkəmləndirilməsinə vəsilə olub. Biz gənc tədqiqatçılar da Azərbaycanın mədəniy­yətini öyrənməyə çalışır, istəyirik ki, gələcək nəsillərə bu barədə kifayət qədər məlumat əmanət edə bilək.

Ardını oxu...

Ötən həftənin şənbə və bazar günləri “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində keçirilən daha bir festival – “Ailə ­təsərrüfatı məhsulları” festivalı xoş anlarla yadda qaldı.
Muxtar respublikamızın bütün rayonlarından diyarımızın iqtisadi göstəricilərini əks etdirən məhsullar festivala çıxarılmışdı. Festivalın sonunda “Ən yaxşı məhsul” nominasiyası üzrə müsabiqənin qaliblərinə diplomlar təqdim olundu.
Müsabiqənin nəticələrinə əsasən Şərur, Culfa və Şahbuz rayonlarından müvafiq olaraq Muqbil Zamanov, Çiçək Bayramova və Abbas Hacıyev festivalın qalibləri olublar. Ordubad, Babək, Kəngərli rayonlarından Mustafa Qədimov, Tofiq Abutalıbov və Pakizə İsmayılova ikinci, Sədərək rayonu, Naxçıvan şəhəri və Şərur rayonundan Mehbarə Hüseynova, Mübariz Mirzəyev və Sənan Qasımzadə isə üçüncü yerə layiq görülüblər.

Xəbərlər şöbəsi

Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin təşkilatçılığı ilə Naxçıvan Müəllimlər İnstitutunda muxtar respublikada yaşayıb-yaradan qələm sahibləri ilə tələbələrin görüşü keçirilib. Tədbiri giriş sözü ilə təhsil ocağının rektoru, dosent Elbrus İsayev açıb.
Bildirilib ki, muxtar respubli­kamızın təhsil ocaqlarında tələbələrin yazı, mütaliə vərdişlərini inkişaf etdirmək və onları yaradıcılığa həvəsləndirmək məqsədi daşıyan görüşlərin keçirilməsi artıq ənənə halını alıb.
Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri Asim Yadigar çıxışında qeyd edib ki, Azərbaycan ədəbiyyatı tarixən özünəməxsus xüsusiyyətləri və ənənələri ilə seçilib. Tarixin bütün dövrlərində Naxçıvanda yaşayıb-yaradan yazıçı və şairlər ədəbiyyatımıza öz töhfələrini veriblər.
Asim Yadigar Yazıçılar Birliyinin tarixinə nəzər salaraq vurğulayıb ki, indiyə kimi 30-a yaxın almanax dərc olunub. Bunların 16-sı son 11 ildə işıq üzü görüb. Şair və yazıçıların əməyi dövlətimiz tərəfindən daim yüksək qiymətləndirilib, onlar Prezident mükafatına və fəxri adlara layiq görülüblər.
Yazıçılar Birliyinin üzvlərindən tədbirdə iştirak edənlər çıxışlarında muxtar respublikada yaradıcı qələm sahiblərinə göstərilən dövlət qayğısından danışıblar.
Təhsil ocağının məzunlarından Mirşahin Seyidov, Ayxan Hüseynov və başqalarının bədii qiraət etdikləri şeirlər maraqla qarşılanıb.
Sonda tələbələrin sualları cavablandırılıb. Öz şeirlərini bədii qiraət edən tələbələrə hədiyyələr verilib.

 Ramiyyə ƏKBƏROVA

Dünən Kəngərli rayon Qıvraq qəsəbə sakini, Naxçıvan Muxtar Respublikasının Əməkdar mədəniyyət işçisi Tofiq Rüstəmov, Qarabağlar kənd sakinləri Samirə Məmmədova, Gülçin Ağayeva, Aysel Şəfiyeva tərəfindən qədim tariximizi və mədəniyyətimizi əks etdirən bədii tikmə, toxuculuq məmulatı, mis qablar, saxsı küplər və digər nümunələrdən ibarət 80-dən çox eksponat Kəngərli Rayon ­Tarix-Diyarşünaslıq Muzeyinə təqdim edilib.
Bu münasibətlə keçirilən tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikasının mədəniyyət naziri Natəvan Qədimova muxtar respublikada tariximizin və mədəniyyətimizin saxlanc yeri olan muzeylərə son illərdə göstərilən dövlət qayğısından bəhs edib.
Diqqətə çatdırılıb ki, Mədəniyyət Nazirliyi tərəfindən muzey fondlarının zənginləşdirilməsi, onların yeni eksponatlarla təmin olunması daim diqqət mərkəzində saxlanılır. Bu prosesdə muzey əməkdaşları və muxtar respublika sakinləri də yaxından iştirak edirlər. Bu ilin 10 ayı ərzində muxtar respublika muzeylərinə 1243 yeni eksponat daxil olub, 7 eksponatın təqdimatı keçirilib.

Ardını oxu...

AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Dilçilik şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, ­dosent Nuray Əliyevanın “Naxçıvan dialekt və şivələrinin etnoqrafik leksikası” adlı monoqrafiyası işıq üzü görüb.
Nəşrin elmi redaktoru və ön sözün müəllifi AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev, rəyçisi filologiya üzrə elmlər doktoru, professor ­İbrahim Bayramovdur.
Beş fəsil, nəticə və istifadə edilən ədəbiyyat siyahısından ibarət olan monoqrafiyada Naxçıvan Muxtar Respublikasının ayrı-ayrı rayonlarında işlənən və ədəbi dilimizdə mövcud olmayan maraqlı leksemlər araşdırmaya cəlb edilib.
Tədqiqat əsərində bitki, yemək və geyim adları, xalçaçılıqla bağlı işlənən leksik vahidlər, əkinçilik və heyvandarlıq terminləri araşdırılıb. Bu sözlərin tədqiqi dil tariximizin öyrənilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

AMEA Naxçıvan Bölməsinin
İnformasiya şöbəsi

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3398602
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
1597
5770
18432
57769
3398602

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter