13 Dekabr 2018, Cümə axşamı

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Dekabr 2018
Be Ça Ç Ca C Ş B
26 27 28 29 30 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31 1 2 3 4 5 6

 

 

LİNKLƏR

 

 

Naxçıvan şəhərinin ölkəmizin Gənclər Paytaxtı seçilməsi ilə əlaqədar “Azərbaycanda Belarus gəncləri günləri” çərçivəsində Belarus Respublikasından bir qrup gəncin Naxçıvan Muxtar Respublikasına səfəri təşkil olunub.

Ardını oxu...

Azərbaycan rəssamları sırasında taleyin gərdişi ilə dünyanın bir çox yerlərinə üz tutan, təzadlı və keşməkeşli həyat yaşayan sənət adamlarımız az deyil. Onların arasında Vətən həsrəti ilə qürbət ölkələrdə dünyasını dəyişənlər də var. Haqqında bəhs edəcəyimiz rəssam 1898-ci ildə Naxçıvanın Şərur rayonunda dünyaya göz açmış, üç yaşında olarkən atasını itirmiş, uşaqlıq illərini çətinliklər içində keçirən İbrahim Səfi (Səfiyev) məhz bu qəbildən olan sənətkarlarımızdandır.

Balaca İbrahim kiçik yaşlarından rəsmə həvəs göstərmiş,12 yaşında ikən “Araz balıqçıları” adlı ilk rəsmini çəkmişdir. Rəssamlığa, incəsənətə qarşı ilk qığılcımları İbrahimin qəlbində, çox güman ki, sazı və sözü ilə el aşığı kimi tanınan atası oyatmışdır.
İbrahim Səfiyev ilk təhsilini Cəlilkənd məktəbində alıb. Sonra öz arzularını reallaşdırmaq üçün təhsilini davam etdirmək qərarına gəlib.
İrəvan Müəllimlər Seminariyasını bitirdikdən sonra iki il Moskvadakı Rəssamlıq Akademiya­sında təhsil alır. Rusiyadakı 1917-ci il inqilab hadisələrindən təsirlənərək təhsilini yarımçıq buraxıb Naxçıvana, doğma diyara qayıdır. Həmin illərin çətinlikləri rəssamdan da yan keçmir. Belə ki, o, Şərurda rəsm çəkməklə çörəkpulu qazanmaq məcburiyyətində olur.

Ardını oxu...

“Naxçıvan” Universitetinin kitabxanasında “Kitablar tozlanmasın” devizi altında “Kitab qoy, kitab götür” layihəsinin təbliğat kampaniyası keçirilib.

Əvvəlcə “Naxçıvan” Universitetinin Tədris şöbəsinin müdiri Anar Abuzərli çıxış edərək tədbirin mahiyyəti haqqında məlumat verib.
Sonra Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin əməkdaşı Valeh Mahmudov çıxış edərək muxtar respublikada həyata keçirilən gənclər siyasəti, həmçinin gənclərə göstərilən diqqət və qayğı, onlar üçün yaradılmış şəraitdən danışıb. Bildirib ki, layihənin keçirilməsində məqsəd gənc nəslin tarixə, dövlətə, dövlətçiliyə, Vətənə, xalqa bağlılıq hisslərinin, mütaliə vərdişlərinin aşılanması, intellektual səviyyələrinin yüksəldilməsi və asudə vaxtlarının səmərəli təşkil olunmasıdır. Vurğulanıb ki, “Kitablar tozlanmasın” devizi altında “Kitab qoy, kitab götür” layihəsinə 2018-ci il 20 iyul tarixdən Naxçıvan şəhərində yerləşən “Zirvə” kitab evində start verilib, orada bunun üçün xüsusi bir guşə ayrılıb. Həmin layihə, eyni zamanda Gənclər və İdman Nazirliyində də davam etdirilir. Bu günədək layihənin 120 iştirakçısı olub.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Naxçıvanşünaslıq Mərkəzində Naxçıvan Dövlət Universitetinin bir qrup tələbəsinin iştirakı ilə “Nemətullah Naxçıvaninin həyat və yaradıcılığı” mövzusunda açıq dərs keçilib.
Açıq dərsdə Naxçıvanşünaslıq Mərkəzinin elmi katibi Emin Məmmədov əvvəlcə mərkəzin fəaliyyəti barədə tələbələrə ətraflı məlumat verib. Mövzu ilə bağlı çıxışında o bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov 2018-ci il 29 oktyabr tarixdə “Görkəmli alim Nemətullah Naxçıvani irsinin öyrənilməsi və tədqiqi haqqında” Sərəncam imzalayıb. Həmin sərəncam tarixi şəxsiyyətlərimizin həyat və fəaliyyətlərinin öyrənilməsinə yüksək dövlət qayğısının növbəti ifadəsi olmaqla görkəmli şəxsiyyət, böyük alim Nemətullah Naxçıvaninin həyat və yaradıcılığının dərindən öyrənilməsinə hərtərəfli şərait yaradır.

Ardını oxu...

Çoxəsrlik inkişaf tarixinə malik olan zəngin Azərbaycan ədəbiyyatı həmişə başqa xalqların mədəniyyəti və yaradıcılığına qarşı xoşməramlı olub, özünün ədəbi nailiyyətləri ilə digər xalqların ədəbiyyatlarının da inkişafına həmişə böyük təsir göstərib. Azərbaycan ədəbiyyatı özünün inkişaf tarixində başqa xalqların ədəbi nailiyyətlərindən də yeri gəldikcə faydalanıb. Ayrı-ayrı görkəmli ədiblər yaradıcılıqlarında başqa xalqların böyük sənətkarlarının yaradıcılığına, o cümlədən folkloruna müraciət edib, tərcümələrlə bərabər iqtibaslar edib və müxtəlif şəkillərdə bəhrələniblər. XIX əsrdən sonrakı dövrlərdə rus ədəbiyyatı nümayəndələrinin əsərlərinə də maraq güclənib, Avropa və rus ədəbiyyatından ən yaxşı nümunələr Azərbaycan ədəbi mühitinə gətirilib, oxuculara təqdim edilib. 

Sovetlər Birliyi dağıldıqdan və Azərbaycan dövlət müstəqilliyi qazan­dıqdan sonra da rus xalqı ilə dostluq münasibətlərini qoruyub saxlayan humanist və dostpərvər xalqımız mütərəqqi rus ədəbiyyatı ənənələrinə və onun görkəmli nümayəndələrinin əsərlərinə müraciət edib. Bu sahədə rus ədəbiyyatı klassik­lərindən, onun görkəmli nümayəndələrindən olan tərcümələri, xüsusilə diqqətə çatdırmaq lazımdır. Azərbaycan Respublikası Prezidentinin “Latın qrafikalı Azərbaycan əlifbası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” məlum sərəncamından sonra dünya ədəbiyyatı nümunələrindən tərcümə əsərlərinin nəşri həyata keçirilərkən çoxsaylı rus ədəbiyyatı nümayəndələrinin əsərləri də kütləvi şəkildə nəşr edilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2017-ci il 28 avqust tarixli Sərəncamı ilə təsdiq edilmiş “Oxunması zəruri olan kitabların Siyahısı”na rus klassiki Nikolay Ostrovskinin “Polad necə bərkidi” bioqrafik romanının da daxil edilməsi rus ədəbiyyatının mütaliəsinə və tədqiqinə göstərilən diqqətin təzahürüdür. Bu baxımdan Azərbaycan alim və ziyalılarının rus ədəbiyyatına dair apardıqları tədqiqatların da əhəmiyyətini xüsusi vurğulamaq lazımdır. Çoxsaylı oxucu kütləsinin diqqətini cəlb edən əsərlərdən biri də tanınmış publisist-politoloq Reyhan Mirzəzadənin “Rus klassikləri haqqında” adlı yeni əsəridir.

Ardını oxu...

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3398591
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
1586
5770
18421
57758
3398591

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter