23 Sentyabr 2018, Bazar

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Sentyabr 2018
Be Ça Ç Ca C Ş B
27 28 29 30 31 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30

 

 

LİNKLƏR

 

 

Su dəyirmanları tarixən xalq arasında xeyir-bərəkət rəmzi kimi dəyərləndirilib. İnanclara görə, buraya haram məhsul gətirmək böyük günah sayılıb. Ulularımız inanıblar ki, üyüdüləcək məhsul oğurluqdursa, o zaman dəyirmanın da bərəkəti qaçacaq, çörək qıta çıxacaq. Ona görə indi də deyirlər ki, dəyirman haram götürməz. Dəyirmanın suyunu kəsən, onu çirkləndirən də el arasında qarğış-qadağa sahibi olub. Dəyirmana dən üyütməyə evin ayağı sayalı, əli bərəkətli üzvü gedib. Burada dən üyüdəndə deyərdilər: “Çörəyiniz bol olsun, ruzili olsun”. Dəyirmandan gələnlərə, dəni üyüdüb gətirən adamlara evdə xüsusi hörmət göstərilərdi, qarşısına çıxılardı. Baba-nənələrimiz çuvaldan unu üç dəfə götürüb, bir də qaytarıb yerinə boşaldıb deyərdilər: “Bərəkəti içində qalsın”. Bundan sonra un işlədilə bilərdi. Xalq arasında dəyirmanla bağlı bir sıra hikmətli deyimlər də mövcuddur: “Haqq dəyirmanda olar”, “Dəyirmanda buğda qurutmazlar”, “Dəyirmanın yaraşığı torbaçuvaldır”, “Dəyirmanın səsindən qaçan dən üyütməz”, “Hərə öz bildiyini deyər, dəyirman isə döydüyünü”, “Dəyirman çəkdiyini çəkər, çax-çax baş ağrıdar” və sair.

Hələ Neolit dövründə sadə dən daşları dən üyütmənin əsasını qoyub. Muxtar respublikanın ərazisindən tapılan maddi-mədəniyyət nümunələri təsdiq edir ki, bu dövrdə ən sadə dən üyütmələr həvəngdəstələr vasitəsilə icra olunub. Oyuq şəklində yonulmuş daşların içinə dən tökülür və dəstər vasitəsilə döyülürdü. İndi belə daşlar tarix muzeylərimizin ən nadir eksponatları arasında yer alır və qədim əkinçilik mədəniyyətindən xəbər verir. Taxılçılığın əsas təsərrüfat sahəsinə çevrildiyi dövrdə isə həvəngdəstələri nisbətən daha müasir alətlər əvəz edib. Əvvəllər taxılın una çevrilməsində sadə dən daşlarından geniş istifadə olunurdu. Sadə dən daşlarından əl dəyirmanına keçid isə taxılçılığın daha da geniş inkişaf etməsini şərtləndirən amillərdən idi.

Ardını oxu...

YUNESKO-nun qərarına əsasən, 1978-ci ildən başlayaraq hər il mayın 18-i bütün dünyada “Beynəlxalq Muzeylər Günü” kimi qeyd edilir. Bu günün qeyd olunmasında əsas məqsəd xalqlar arasında mədəniyyətlərarası dialoqun inkişafına kömək göstərməkdir.
Muzeylər maddi-mənəvi dəyərləri toplayan, qoruyan, komplektləşdirən, nümayiş və təbliğ edən mədəniyyət ocaqlarıdır. Azərbaycanda muzey işinin zəngin tarixi və özünəməxsus inkişaf yolu vardır. Böyük yazıçı və dramaturq Cəlil Məmmədquluzadənin təşəbbüsü ilə 1896-cı ildə Azərbaycanda ilk dəfə olaraq Nehrəm kənd məktəbində Naxçıvan tarixinə dair maddi-mədəniyyət nümunələrinin toplandığı muzey yaradılmışdır. XX əsrin əvvəllərində isə Bakıda Xalq Məktəbləri Müdiriyyəti nəzdində Pedaqoji muzey fəaliyyətə başlamış, həmin dövrdə Ümumrusiya Texniki Cəmiyyətinin Bakı Şöbəsi nəzdində qapalı muzey yaradılmışdır. Azərbaycan Xalq Cümhuriyyəti dövründə Bakı şəhərində İstiqlal Muzeyi fəaliyyət göstərmişdir. Naxçıvan MSSR Xalq Komissarları Sovetinin 1924-cü il 30 oktyabr tarixli qərarına əsasən, Naxçıvan şəhərində Tarix-Etnoqrafiya Muzeyi yaradılmışdır.

Ardını oxu...

Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi ilə əlaqədar Naxçıvan şəhərindəki Heydər Əliyev Muzeyində miniatür kitab sərgisi təşkil olunub.
Naxçıvan Muxtar Respublikasının mədəniyyət və turizm naziri Sarvan İbrahimov çıxış edərək bildirib ki, miniatür kitablar xalqımızın ümummilli lideri Heydər Əliyevin zəngin irsinin gələcək nəsillərə çatdırılması baxımından mühüm əhəmiyyətə malikdir.
“Kitab” Cəmiyyətinin sədri, Miniatür Kitab Muzeyinin təsisçisi, “Şöhrət” ordenli Zərifə Salahova bildirib ki, indiyədək Azərbaycan Respublikası “Kitab” Cəmiyyətinin xəttilə ulu öndər Heydər Əliyevlə bağlı 39 miniatür nəşr işıq üzü görüb. Müxtəlif ölçülərdə buraxılan kitabların hamısı Heydər Əliyev Fondunda və Bakıdakı Miniatür Kitab Muzeyində nümayiş etdirilir. Bu gün Miniatür Kitab Muzeyində nümayiş etdirilən ən dəyərli nəşrlər məhz Heydər Əliyevə həsr olunmuş kitablardır. Çünki Azərbaycanda belə bir muzeyin varlığı, mövcudluğu da qurucu rəhbərin adı ilə bağlıdır.
Zərifə Salahova ulu öndər Heydər Əliyevin Vətənində – Naxçıvanda miniatür kitab sərgisinin təşkil edilməsini ümummilli liderin 90 illik yubileyinə layiqli töhfə olduğunu vurğulayıb və göstərilən diqqətə görə minnətdarlığını bildirib.
Sonra tədbir iştirakçıları sərgi ilə tanış olublar. Sərgidə 1995-ci ildən ötən dövr ərzində ulu öndərə həsr olunmuş miniatür kitablar sərgilənib. Nəfis tərtibatla çap olunan kitablar iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.
Sərgidə nümayiş olunan miniatür kitablar Heydər Əliyev Muzeyinə hədiyyə edilib.

Xəbərlər şöbəsi

M.T.Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrının yaz qastrol səfərləri davam edir. Teatrın kollektivi Kəngərli, Ordubad, Culfa rayonlarında olub, məktəblilər qarşısında Səbuhi Hüseynovun “Seymurun sirli yuxusu” tamaşası ilə çıxış edib. Baş rollarını Ləman Vəliyevanın, Əfsanə Nəsirovanın paylaşdığı tamaşanın əsas mövzusu sağlamlıq ilə bağlıdır. Tamaşada uşaqlara təlqin olunur ki, sağlamlıqlarının qədrini bilsinlər, böyüklərin sözünə qulaq assınlar. Tamaşanın quruluşçu rejissoru Yasəmən Ramazanova, bəstəkarı Əli Məmmədov, rəssamı Murad Babayevdir. Yaradıcı heyətin birgə işi balaca teatrsevərlər tərəfindən sevilir və maraqla qarşılanır.

Xəbərlər şöbəsi

Etik normalar dedikdə, ilk növbədə, insanların bir-birləri ilə ünsiyyəti, münasibəti, bir-birlərinə müraciəti zamanı təzahür edən mədəni davranış qaydaları başa düşülür. Bu prosesdə əsas rolu bilavasitə nitq oynayır. Bu baxımdan nitq prosesinin də özünəməxsus qaydaları, təzahür normaları vardır. Həmin qaydalara və normalara nitqimizdə əməl olunması mədəni nitqin, dolayı yolla etik ünsiyyətin yaranması ilə nəticələnir.
Ötən günlərin birində ictimai nəqliyyat vasitələrindən – avtobuslardan birində istər-istəməz bir söhbətə qulaq şahidi oldum. Arxa sırada oturan gənc ön sıradakı tanışı ilə uca səslə və kobud şəkildə söhbət edirdi:
– Ə, nətərsən? Evdə-eşikdə vəziyyət nətəridi?
– Belə da, yaxşıdı. Sənin bala-bulan nətəridi?
– İtmisən yenə. Haralardasan?
– Əşi, buralardayam da. Sən itmisən e. Bayram çöçəsinə dönmüsən.
...Söhbətin davamını etika və oxucularımızın vaxtını almamaq naminə yazmağı lüzum görmədik. Bu söhbəti avtobusdakı hər kəs, necə deyərlər, nöqtə-vergülünə qədər eşidirdi.
Bu yazıda insanlar arasında ünsiyyət mədəniyyətinin səviyyəsi haqqında söhbət açacağıq.
Əvvəlcə onu qeyd edək ki, ünsiyyət formalarından biri də şifahi nitqdir. Məhz bu ünsiyyət formasının harda və necə qurulması vacib məsələdir. Bu gün bizi düşündürən ən əsas məsələlərdən biri ünsiyyət zamanı aşkara çıxan çatışmazlıqlar, nitq mədəniyyətinin tələblərinə əməl edilməməsidir. Bir-birimizlə necə danışırıq, necə rəftar edirik? Kənardan ünsiyyətimiz necə görünür, necə təsir bağışlayır?
Müşahidələrimizə əsasən deyə bilərik ki, ünsiyyətimizin ümumi mənzərəsi o qədər də ürəkaçan deyil. Ona görə ürəkaçan deyil ki, ünsiyyətdə müəyyən dərəcədə kobuduq. Və bu kobudluq hər bir hərəkətimizdə hiss edilir. Nə səbəbdənsə qarşı tərəflə nəzakətli ünsiyyətdən “çəkinirik”. Qabalıq bəzən ən yüksək həddə çatır.
Digər bir narahatedici məsələ isə nitqimizdəki qüsurlardır. Belə ki, bəzilərimiz danışığımızda əcnəbi kəlmələr işlətməyə, bir növ, adətkərdə olmuşuq. Filankəs “yekdir”, behmankəs “ponyatkalıdır” filan. Elə bil, qarşı tərəfə təsir etmək istərkən kimsə bizə kənardan deyir ki, mütləq əcnəbi kəlməsi işlətməlisən. Yoxsa heç kim sənin nə qədər “savadlı” olduğunu bilməyəcək. Rəhmətlik Mirzə Cəlilin bu barədə gözəl bir ifadəsi var. Dahi qələm ustası deyirdi ki, dirilərimizlə rusca, ölülərimizlə ərəbcə danışırıq. Nə işdirsə, üstündən bir əsr keçməsinə baxmayaraq, vəziyyət heç də dəyişməyib. Nə etməli? Ümid edirik ki, bu sualın cavabını ziyalılarımız verə bilərlər. Özü də bu cavab tez bir vaxtda verilməlidir. Çünki buna, sözün həqiqi mənasında, böyük ehtiyacımız var. 

Firəngiz HÜSEYNBƏYLİ

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3055498
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
2692
3998
32730
106829
3055498

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter