18 İyul 2018, Çərşənbə

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

İyul 2018
Be Ça Ç Ca C Ş B
25 26 27 28 29 30 1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31 1 2 3 4 5

 

 

LİNKLƏR

 

 

İyulun 4-də Cəlil Məmmədquluzadənin ev-muzeyində bu mədəniyyət ocağının yaradılmasının 20 illiyi ilə əlaqədar tədbir keçirilib.

Tədbiri giriş sözü ilə Naxçıvan Muxtar Respublikasının mədəniyyət naziri Natəvan Qədimova açıb. Nazir bildirib ki, hazırda ölkəmizdə, eləcə də muxtar diyarımızda müxtəlif profilli muzeylər fəaliyyət göstərir. Bu muzeylər içərisində tanınmış şəxsiyyətlərin ev-muzeyləri xüsusi yer tutur. Həmin mədəniyyət müəssisələri sırasında görkəmli ədib Cəlil Məmmədquluzadənin həm ölkəmizin paytaxtı Bakıda, həm də dahi yazıçının doğulub boya-başa çatdığı Naxçıvan şəhərində yaradılmış ev-muzeyləri də vardır.
Dahi yazıçının Naxçıvan şəhərindəki ev-muzeyi ümummilli lider Heydər Əliyevin 1998-ci il 19 iyun tarixli Sərəncamına əsasən yaradılıb, 1999-cu il ok­tyabrın 13-də muzeyin açılışı olub. Həmçinin böyük yazıçının vaxtilə müəllimlik etdiyi Nehrəmdə və Cəlilkənddə ədibin xatirə muzeyləri istifadəyə verilib. Naxçıvan Muxtar Respublika Ədəbiyyat Muzeyi və Naxçıvan Dövlət Musiqili Dram Teatrı Cəlil Məmmədquluzadənin adını daşıyır.
Görkəmli demokrat ədib, tanınmış yazıçı-publisist Cəlil Məmmədquluzadənin milli şüurun oyanışında, milli ruhun formalaşmasında əvəzsiz rolu olub.

Ardını oxu...

Qarabağlar Türbə Kompleksinin bərpası milli və bəşəri dəyərlərə töhfədir

Kəngərli rayonunun Qarabağlar kəndi muxtar respublikamızın böyük yaşayış məntəqələrindən biridir. Hazır­da kənd statusu daşıyan bu yaşayış məntəqəsi orta əsrlərdə böyük şəhər olub. Qarabağların Yaxın Şərq ölkələri ilə Avropanı birləşdirən mühüm karvan yollarının üzərində yerləşməsi burada elm, mədəniyyət, sənətkarlıq və ticarətin inkişafına mühüm təsir göstərib. Təsadüfi deyil ki, orta əsr səyyahları Qarabağların böyük bir şəhər olduğunu bildirməklə yanaşı, həm də burada gözəl memarlıq abidələrinin – məscid, minarə, karvansara, hamam kimi tikililərin mövcudluğundan bəhs ediblər. Təəssüflər olsun ki, zaman keçdikcə bu tikililərin böyük əksəriyyəti müxtəlif səbəblər üzündən dağılaraq məhv olub, çox az bir hissəsi bu günümüzədək gəlib çatıb. Qoşa minarəli, baştağ və türbədən ibarət kompleks isə dövrümüzədək salamat qalmış möhtəşəm abidələrimizdəndir.
Tarixçilərə görə, bu abidələr Qarabağların orta əsrlərdə inkişaf etmiş mühüm mədəniyyət mərkəzlərindən olduğunun göstəricisidir. Abidə, eyni zamanda təkcə Azərbaycanın deyil, Ön Asiyanın möhtəşəm memarlıq incilərindəndir. AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev yazır ki, Türbə Kompleksi, Elxanilərin hakimiyyəti illərində tikintisi geniş yayılıb və dindarlığın qapıları mənasını daşıyan əbvab-əl-birr adlı iri xatirə-xeyriyyə komplekslərindən olub. Tərkibində saray, məscid, mədrəsə, xanəgah, şəfaxana, hamam və başqa binalar olan belə komplekslərin mərkəzi tikilisi və dominantı “Ali günbəz” – uca türbə olurdu.

Ardını oxu...

Şahbuz Rayon Gənclər və İdman İdarəsinin və Yeni Azərbaycan Partiyası Şahbuz Rayon Təşkilatı Gənclər Birliyinin birgə təşkilatçılığı ilə rayon gənclərinin “Naxçıvanı tanıyaq” devizi altında Ordubad rayonunda fəaliyyət göstərən muzeylərə gəzintisi təşkil olunub.
Şahbuz və Ordubad rayonlarının gəncləri rayon mərkəzindəki Tarix-Diyarşünaslıq Muzeyi, tarixi romanlar müəllifi Məmməd Səid Ordubadi, akademik Yusif Məmmədəliyev, pedaqoq Məhəmməd Tağı Sidqi kimi görkəmli şəxsiyyətlərin xatirələrinin əbədiləşdirildiyi ev-­muzeyləri ilə tanış olublar. Onlara elm və sənət xadimlərinin həyat və fəaliyyətlərini, yaradıcılıq yollarını özündə əks etdirən eksponatlar, xatirə şəkilləri haqqında maraqlı məlumatlar verilib, gəncləri maraqlandıran suallar ­cavablandırılıb.

Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin mətbuat xidməti

Muxtar respublikamızın tarixi və mədəniyyətinin inkişafında, ictimai fikir və düşüncənin tərəqqisində bir çox nəsillərin əvəzsiz rolu olub. Onlardan biri Kəngərli rayonunun Şaxtaxtı kəndində yaşamış və mühüm fəaliyyətləri ilə tarixdə iz qoymuş Şahtaxtinskilər nəslinin nümayəndələridir. Bu nəsil hər zaman bir amal, istək, məqsəd uğrunda – ölkəmizin nüfuzunun qorunması naminə şərəfli mübarizə aparıb, elmin, mədəniyyətin, təhsilin, səhiyyənin, dövlət quruculuğunun və hərb sənətinin inkişafında mühüm rol oynayıblar. 

Ölkəmizin milli mənafeyi naminə çalışan, ona mühüm xidmətlər göstərən belə görkəmli şəxsiyyətlər bu gün dövlətimiz tərəfindən ehtiramla yad olunur, onların xidmətləri yüksək qiymətləndirilir. Elə bunun bariz nümunəsidir ki, Naxçıvan Muxtar ­Respublikası Ali Məclisi Sədrinin 2010-cu il 9 fevral tarixli Sərəncamına əsasən ziyalılar yurdu Şahtaxtıda Şahtaxtinskilər Muzeyi yaradılıb. Yaxın günlərdə biz də adıçəkilən muzeyə üz tutduq, burada Şahtaxtinskilər nəslinin görkəmli nümayəndələrinin həyat və fəaliyyətini özündə əks etdirən eksponatlarla tanış olduq.

Ardını oxu...

İyulun 3-də Cəlil Məmməd­quluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrı Azərbaycan Respublikasının Əməkdar artisti Tofiq Seyidovun Məmməd Səid Ordubadinin “Qılınc və qələm” romanı əsasında səhnələşdirdiyi ikihissəli tarixi dramı ilə 135-ci teatr mövsümünü başa çatdırıb.
Tamaşadan əvvəl muxtar respublikanın mədəniyyət naziri Natəvan Qədimova çıxış edərək bildirib ki, bu qədim sənət məbədinin əsaslı inkişafı, yaradıcılıq axtarışlarının genişləndirilməsi ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndərin qayğısı nəticəsində ­teatrımız ötən əsrin 70-ci illərindən başlayaraq davamlı inkişaf yoluna çıxıb. Mədəniyyət tariximizin şərəfli səhifələrini yazan Naxçıvan teatrı dövlət müstəqilliyi qazanıldıqdan sonra da ulu ­öndərin diqqət və qayğısı ilə öz inkişafının yeni mərhələsinə qədəm qoyub.
Bildirilib ki, Azərbaycanda ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan teatrlara diqqət və qayğı bu gün uğurla davam etdirilir. Ölkə Prezidentinin 2008-ci il 31 yanvar tarixli Sərəncamı ilə Naxçıvan Dövlət Musiqili Dram Teatrının 125 illik yubileyi dövlət səviyyəsində qeyd olunub.
Diqqətə çatdırılıb ki, Naxçıvan Muxtar Respublikasında teatrların fəaliyyətinə hərtərəfli qayğı göstərilir. Son illər muxtar respublikada teatr binalarının hamısı yenidən qurulub və ya əsaslı təmir olunaraq istifadəyə verilib.
Cəlil ­Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrı binasının 2012-ci il fevral ayının 3-də əsaslı yenidən­qurmadan sonra istifadəyə verilməsi muxtar respublikanın mədəni həyatında əlamətdar hadisə olub.
Vurğulanıb ki, muxtar respublikada teatr sənətinə bağlı insanların əməyi də daim dövlətimiz tərəfindən yüksək qiymətləndirilir. Yaradıcı insanlar fəxri adlara, orden və ­medallara, Prezident təqaüdü və mükafatlarına layiq görülürlər.
Natəvan Qədimova bütün mədəniyyət və incəsənət işçiləri adından göstərilən böyük diqqət və qayğıya görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə ­minnətdarlığını ­bildirib.
Sonra “Qılınc və qələm” tamaşasına baxılıb.

Əli RZAYEV

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

2746098
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
2806
5251
13149
87337
2746098

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter