15 Noyabr 2018, Cümə axşamı

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Noyabr 2018
Be Ça Ç Ca C Ş B
29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 1 2

 

 

LİNKLƏR

 

 

Bura Naxçıvandır – qədim və sirli diyar; özü bir möcüzə, təbiəti bir möcüzə... Ədəbiyyatın, mədəniyyətin ilk addımlarına çıraq tutan, əsrlərin tufan sınağından keçib gələcəyə alnıaçıq, üzüağ çıxan məkan. Gəmiqaya, Əshabi-Kəhf, Möminə xatın, Duzdağ və sair kimi daha neçə sirli abidənin yerləşdiyi torpaq. Hər daşı, hər qarışı əfsanələşmiş diyar. Bu abidələr içərisində Gəlinqayalar da var. 

Türk dünyasının bir çox ərazilərində mövcud olan Gəlinqayalara zəngin təbiəti və ekzotik təbiət abidələri ilə diqqətçəkən Naxçıvanda da rast gəlirik. Naxçıvandakı Gəlinqayalara yol almamışdan əvvəl Gəlinqayalar haqqında “Naxçıvan Ensiklopediyası”nda oxuduqlarımızı diqqətinizə çatdırırıq: Şahbuz rayonunun ərazisində yerləşən Gəlinqaya öz maraqlı görünüşü ilə göz oxşayır. Zəngəzur silsiləsinin cənub yamacın­da, Zərnətün çayının mənbə hissəsindədir. Hündürlüyü 2876 metrdir. Andezit-dasit tərkibli subvulkanik çıxıntıdır. Bu Gəlinqaya ilə bağlı yaranan əfsanələrin tarixi eradan əvvəl 3-2-ci min­illiyə aiddir və xalq arasındakı rəvayətə görə, özünü düşmənlərdən qorumağa çalışan bir qadının daşlaşmış heykəlidir Gəlinqaya. Abidə Azərbaycan xalqının daşadönmə ilə bağlı inanclarını əks etdirir.

Digər bir Gəlinqaya isə Şərur rayonunun Havuş kəndinin şimalında, Tamaşalı yaşayış yerinin yaxınlığında yerləşir. Hündürlüyü 2769 metrdir. Günbəzvarı maraqlı formaya malikdir. Abidəni 7-8-ci əsrlərə aid edirlər.
Ordubad rayonunun Unus və Pəzməri kəndləri arasında yerləşən Gəlinqaya isə insan fiquruna bənzəyir. Tarixən dağları, qayaları əfsanələşdirən xalqımız bu Gəlinqayanı da əfsanələşdirib.

Mütəxəssis fikri – mifoloji və etnoqrafik məlumatlar...

Gəlinqayalarla bağlı AMEA-nın müxbir üzvü, etnoqraf Hacı Qadir Qədirzadə ilə söhbətləşdim.
– Dönərgələr folklorumuzun maraqlı səhifələrini əhatə edir, – deyən alim qeyd etdi ki, bu əfsanələrdə qadın ləyaqəti, qadın isməti xüsusi yer tutur. Həm folklorumuzu öyrənmək, həm də mənəviyyat baxımından əhəmiyyətli olan gəlin-qaya, qız-daş, qız-gəlin və sair bu kimi təbiət abidələrinin mərkəzində qədim türklərə məxsus daş kultu dayanır. Əfsanələrdə də qeyd edildiyi kimi, çıxılmaz vəziyyətdə qalan insanlar “Tanrım, məni daş elə, ya da quş elə”, – deyirlər. Hacı Qadir Qədirzadə onu da deyir ki, biz təbiət abidələrinə elə bir gözlə baxmalıyıq ki, onun ruhunu görə bilək. Bu abidələrin əhəmiyyətini bundan sonra daha yaxşı dərk edə bilərik.

Gəlinqaya əfsanələri…

Naxçıvanda geniş yayılmış əfsanələri saymaqla bitmir. Bu isə folklorun zənginliyinə dəlalət edir. Ulu əcdadlarımızın düşüncə tərzinin ən gerçək ifadəsi folklorda əfsanə janrının payına düşür. Naxçıvan regionundan toplanmış əfsanələrdə rast gəldiyimiz əsas motivlərdən biri daşadönmə ilə bağlıdır. Daşadönmə insanların əski mifoloji dünyagörüşünün ifadəsidir. Əfsanələrin daşadönmə motivindəki maraqlı tərəflərdən biri insanların xilas üçün yön aldıqları tərəfin dağlar olmasıdır. Dağa pənah aparmaq, dağa sığınmaq və sair kimi hadisələr isə əski dağ kultunun izləridir.
Bu haqda “Naxçıvan əfsanələri” kitabında folklorşünas, filologiya üzrə fəlsəfə doktoru, dosent Məhsəti İsmayıl yazır: “Məsum varlıqların – əsasən, qızların, gəlinlərin, sevgililərin zülmdən qurtuluş yolu dağa üz tutması və daşa çevrilməsidir. Hazırda Şahbuz rayonunda “Gəlindaş” deyilən bir yer var. Buranı ziyarət edən və onu saflıq mücəssəməsi kimi görən insanlar bu əxlaq kodeksini özünə də aşılamışdır”.
Şahbuzda yayılmış əfsanələrin birinə nəzər salaq. Qədim zamanlarda Şahbuzun çox ucqar kəndlərindən birində gözəlliyi aləmə yayılan sərvboylu bir gəlin varmış. Əri düşmənlə vuruşmada həlak olubmuş. Gəlinin qumral gözləri, ilan kimi qıvrılan qoşa hörüyü cavanların canına od salarmış. Yaxından, uzaqdan gələn elçilər həmişə kor-peşman geri qayıdarmışlar. Günlərin bir günü gəlini tanımadığı bir oğlan qaçırır. Oğlan qorxusundan gəlini dağlara aparır. Onlar başı göylərə dəyən Toğlu qaya ilə Salvartı dağının arasından keçəndə gəlin çırpınıb oğlanın əlindən çıxmaq istəyir, ancaq bacarmır. Əlacsız qalan gəlin uca qaya başında üzünü göylərə tutub aman istəyir. Daşa dönmüş gəlinin abidəsi o vaxtdan el arasında “Gəlin qayası” adıyla tanınır...
Gəlin qayası ilə bağlı digər əfsanəni Şahbuz rayonunun Mahmudoba kənd sakini, 73 yaşlı Göycə Quliyeva söyləyib:
– İki gənc bir-birlərini Leyli-Məcnun kimi sevirmişlər. Onların yaşadığı obada bir zalım varlı varmış. Çalışır ki, oğlanın nişanlısını onun əlindən alsın. Bunu eşidən nişanlılar uzaq bir dağda, qayanın altında yurd-yuva salıb orda yaşamağa qərar verir, maldarlıqla məşğul olurlar. Varlı adam eşidir ki, cavanlar köçüblər. Tez oraya adamlarını göndərir, gedib qıza desinlər ki, filan bəy səni istəyir, gəl aparaq. Nə qədər var desən, pul desən onda. Qız kasıb da olsa, oğlana çox məhəbbətliydi. Odur ki, varlının ismarıcını rədd edir. Bir gün gəlin baxır ki, bəyin adamları yenə gəlirlər. Fikirləşir ki, onu zorla aparacaqlar, əri də burada deyil. Qalxır həmin uca qayaya, deyir ki, özümü atıb ölərəm, yad əllərə düşmərəm. Elə o vaxtdan da bu qaya “Gəlin qayası” adlanır.
Digər əfsanədə isə deyilir: ermənilər müharibə eliyib Ərəfsə kəndinin sakinlərini qırıb bəzilərini əsir ­götürürlər. Əllərindən bir neçə qadın qaçıb qurtarır. Bir gəlin qayaya çıxıb özünü dağdan atır. O vaxtdan dağın adı qalıb “Gəlin qayası”.
Naxçıvan əfsanələrində yayılan daşadönmə, daş motivi Azərbaycan nağıllarında, dastanlarında, inanclarda da geniş şəkildə əks olunmuşdur.
Sivilizasiyaların təməlində folklor durur. Çünki folklor xalqın taleyidir: hər bir etnosun taleyi onun milli yaddaşa olan hörməti, onu mühafizə edib, gələcək nəsillərə ötürmə bacarığı ilə ölçülür. Bu səbəbdən hər bir şəxs öz folklorunu qorumalıdır, ona sahib çıxmalıdır. Bu isə millətin gələcəyi üçün son dərəcə vacibli məsələdir.

 Nərgiz İsmayılova

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3275940
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
1382
4179
13709
60586
3275940

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter