07 Dekabr 2021, Çərşənbə axşamı

14 oktyabr tarixdə Babək Rayon Tarix-Diyarşünaslıq Muzeyində muzey əməkdaşları üçün seminar treninq keçirilib.

Seminar treninqi giriş sözü ilə Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin Aparatının şöbə müdiri Gülbuta Babayeva açıb, Dövlət Bayrağı Muzeyinin baş fond mühafizi-elmi işçisi Asudə Məhərrəmli “Muzeylərdə uçot-mühafizə: köhnə inventar kitablarının yeniləri ilə əvəz edilməsi”    mövzusunda çıxış edib. 

 

Qeyd edilib ki, unikal fondlar, kolleksiyalar, nadir nəşrlər haqqında məlumatlar muzey işçiləri tərəfindən böyük qayğı ilə nəsildən-nəslə ötürülür və muzey sənədlərində toplanır. Bu gün bu qiymətsiz informasiyanı qoruyub saxlamaq, onun acıqlığını və istifadə rahatlığını təmin etmək lazımdır. Azərbaycanda fəaliyyət göstərən muzeylər cəmiyyətin inkişafında, maddi-mənəvi irsin, mədəni dəyərlərin  və eləcə də xalqın tarixi yaddaşının qorunub saxlanmasında mühüm rol oynayır. Muxtar respublikamızda fəaliyyət göstərən muzeylər dövlət qayğısı ilə əhatə olunmuşdur. Muzeylər üçün yeni binalar tikilir, onların maddi texniki bazaları gücləndirilir, ekspozisiyaları qurulur. Muzey fondları yeni maddi mədəniyyət nümunələri ilə zənginləşdirilir. Xalqın özünəməxsus qədim tarixini, mədəniyyətini, incəsənətini özündə əks etdirən bu maddi mədəniyyət nümunələrinin təbliği və tanıdılması istiqamətində ardıcıl iş aparılır, tamaşaçılara yüksək muzey xidməti göstərilir.

Vurğulanıb ki, muzey fondlarında qorunan qiymətli maddi mədəniyyət nümunələrinin uçotu və mühafizəsi xüsusi əhəmiyyətə malikdir. Muzey əşyalarının uçotunun aparılmasında müvafiq Təlimatın tələblərinə əməl edilməsi, yol verilmiş nöqsan və çatışmazliqların aradan qaldırılması önəm daşıyır.

Mövzu ilə bağlı müzakirə aparılıb, iştirakçıların sualları cavablandırılıb.

Sonda muzeyin ekspozisiyasına baxış olub.

Naxçıvan Muxtar Respublikası Mədəniyyət

Nazirliyinin mətbuat xidməti

 

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR