07 Dekabr 2021, Çərşənbə axşamı

Culfa rayonunun Gülüstan kənd mərkəzində rayon Tarix-Diyarşünaslıq Muzeyinin əməkdaşlarının kənd sakinləri ilə görüşü təşkil edilmişdir.
Tədbir 27 avqust 2021-ci il tarixdə Şahbuz Rayon Tarix-Diyarşünaslıq Muzeyinin yeni binasının istifadəyə verilməsi ilə bağlı keçirilən tədbirdə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin muzeylərin əhali ilə işə diqqət yetirməsi, kənd mərkəzlərində görüşlərin keçirilməsi, tariximizlə bağlı məlumatların, eləcə də eksponatların qorunması haqqında sakinlərin maarifləndirilməsi barədə verdiyi tapşırıqların icrası ilə əlaqədar keçirilmişdir.

Tədbiri giriş sözü ilə Culfa Rayon Mədəniyyət Şöbəsinin müdiri Pərvin Həsənov açmış, rayon Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Gülər Əhmədova çıxış etmişdir.
Qeyd olunmuşdur ki, muzeylər tarixin müəyyən məqamını özündə yaşadan, ötən əsrlərin, hətta minilliklərin müxtəlif hadisələrindən xəbər verən eksponatları komplektləşdirən, qoruyan, saxlayan, öyrənən və nümayiş etdirən maddi mənəvi xəzinə hesab olunur. Bu gün fəaliyyət göstərən muzeylərimiz cəmiyyətin inkişafında, maddi-mənəvi irsin, mədəni dəyərlərin və eləcə də xalqın tarixi yaddaşının qorunub saxlanmasında mühüm rol oynayır. Muxtar respublikamızda muzeylərimiz dövlət qayğısı ilə əhatə olunub. Müstəqillik illərində müxtəlif profilli belə mədəniyyət müəssisələri yaradılıb, onların maddi-texniki bazası gücləndirilib.
Sonda muzeylərdən bəhs edən sənədli filmə baxış olub.
Qeyd edək ki, Şahbuz, Babək və Ordubad Rayon Tarix-Diyarşünaslıq muzeylərinin əməkdaşlarının da sakinlərlə görüşləri keçirilib. Belə tədbirlərin keçirilməsi gələcəkdə də davam etdiriləcəkdir.

Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyinin
mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR