07 Dekabr 2021, Çərşənbə axşamı

Nizami Gəncəvi haqqında söhbət düşərkən ümummilli lider Heydər Əliyevin sözlərini xatırlayıram: “Azərbaycana, Azərbaycan xalqına təkcə Nizami Gəncəvi kimi dahi bir şəxsiyyət bağışladığına görə Gəncə torpağı, Gəncə xalqı, gəncəlilər əbədi minnətdarlığa layiqdirlər”. 

Azərbaycan zaman-zaman dünyaya söz sənəti xəzinəsini nadir incilərlə zənginləşdirən böyük sənətkarlar bəxş etmişdir. Bunların sırasında Nizami Gəncəvi yaradıcılığı möhtəşəmliyi, müdrikliyi və həyatiliyi ilə seçilir. Bəli, Nizami o şairlərdəndir ki, dərin fəlsəfi məzmunu yüksək poetik dillə, aydın, anlaşıqlı bir tərzdə öz oxucularına çatdıra bilmişdir. Elə bu səbəbdəndir ki, yazıldıqları dövrdən 800 ildən artıq bir vaxt keçməsinə baxmayaraq, onun əsərləri öz bədii dəyərini bu gün də saxlayır.

Аzәrbaycan şairi vә filosofu Nizami Gəncəvi (1141-1209) Gәncә şәhәrindә sәnәtkar ailәsindә doğulmuş, mükәmmәl tәhsil almış, yunan fәlsәfәsini vә Şәrq әsatirlәrini dәrindәn öyrәnmişdir.Yaradıcılığa lirik şair kimi başlayan şair böyük epik poemalarla bәrabәr altı qəsidə, yüz on altı qəzəl, otuz rübai yazmışdır. Bu qәzәl vә qәsidәlәr incә lirizmi, dәrin mәna çalarları, yüksәk bәdii cәhәtlәri vә sәnәtkarlıq хüsusiyyәtlәri ilә seçilir. Dünya әdәbiyyatında isә Nizami, әsasәn, mәsnәvi formasında yazdığı “Хәmsә” adlı beşliklә məşhurlaşmışdır. Buraya daxil olan ilk əsər “Sirlәr хәzinәsi” adlanır. 37 yaşında bitirdiyi bu poemada humanist mәzmunlu, mәnalı vә ibrәtamiz әhvalatlar qәlәmә alınmışdır. Nizami әbәdi dәyәrlәri – әdalәti, хeyirхahlığı, mәrhәmәti, zәhmәti, sevgini tәrәnnüm edir vә belә bir nәticәyә gәlir ki, hәyatda, son nәticәdә, haqq vә әdalәt prinsiplәri qalib gәlir. Bütün bu humanist mәzmunlu mәnzum hekayәlәrin, әlbәttә, şahlara vә hakim qüvvәlәrә müәyyәn tәsiri olmuş vә belәliklә, Nizaminin Yaхın Şәrq ölkәlәrindә haradasa hәmin müsbәt prinsiplәrin hәyatda tәtbiq edilməsində müəyyən rolu olmuşdur.
Nizaminin ikinci böyük əsəri “Хosrov vә Şirin” poemasıdır. Bu əsəri bitirdiyi ildә Аzәrbaycanda vә İranda hökmranlıq edәn Atabəylər dövlətinin hökmdarı Qızıl Аrslan şairin görüşünә gәlib şairlə хeyli söhbәtdәn sonra ayrılarkәn ona “Həmdünya” adlı kәnd bağışlayır. Şair dә bundan ruhlanıb Şirvanşah Ахsitandan aldığı sifarişlә “Leyli vә Мәcnun” poemasını yaradır.
Nizami Gәncәvinin şah әsәri, heç şübhәsiz ki, “İqbalnamә” vә “Şәrәfnamә” adlı iki hissәdәn ibarәt olan “İsgәndәrnamә” poemasıdır. Аdından göründüyü kimi, әsәrdə Мakedoniyalı İsgәndәrin әmәllәrindәn vә şәrәflәndirilmәsindәn danışılır. “Şәrәfnamә”dә İsgәndәrin apardığı müharibәlәrdәn, “İqbalnamә” dә isә ictimai-siyasi, fәlsәfi mәsәlәlәrdәn bəhs olunur. İnsanlarda, хüsusilә dövlәt başçılarında daim müsbәt keyfiyyətlər görmәk istәyәn şair, heç şübhәsiz ki, İsgәndәri dünya tariхinin әn ideal şәхsiyyәti kimi yaratmaya bilmәzdi. Nizaminin qәhrәmanı bütün tərəfləri ilə ideal bir qәhrәman obrazıdır. O, dünyanı yalnız bәşәriyyәtin хoşbәхtliyi naminə fәth edir. Demәk olar ki, öz hәrbi qüdrәti ilә dünyanın böyük hökmdarlarına qalib gәlәn İsgәndәr әsәrdә hәm dә dünyanın әn müdrik bir mütәfәkkiri kimi tәsvir edilir, eyni zamanda әdalәtli bir hökmdar kimi idealizә olunur. İsgәndәr Nizaminin arzuladığı adil hökmdar tipinə uyğun gәlәn әn münasib bir tarixi şәхsiyyәt idi. Әsәrdә çoх maraqlı, dәrinmәnalı mübahisә, söhbət vә mülahizәlәr var. Bu isə Nizami Gәncәvini dünyanın böyük mütəfəkkirləri sırasına daхil etmәyә әsas verir. Әsərdən mәlum olur ki, şair qәdim yunan tarixi, fәlsәfәsi vә elmi ilә mükәmmәl tanış olmuşdur. Bunun özü o dövr üçün qeyri-adi hadisә idi.

Nizami Gəncə şəhərində mədrəsə təhsili almışdır, lakin o, dövrünün bir sıra elm sahələrinə (fəlsəfə, tibb, həndəsə, astronomiya və sair) dərindən bələd olmuşdur. Bunlarla yanaşı, dünya mədəniyyəti, yunan, ərəb, fars mədəniyyəti, Qafqaz xalqlarının tarixi ilə maraqlanmış, onların folklorunu öyrənmişdir. Nizami ana dilindən başqa ərəb və fars dillərini mükəmməl bilmiş və bir sıra dillərə yaxından bələd olmuşdur. O bunlara müstəqil mütaliə yolu ilə nail olmuşdur. Müstəqil mütaliə şairin dərin, hərtərəfli bilik qazanmasına imkan vermişdir. Söz dünyasının Günəşi olan Nizami bədii fikir tarixini insanın səadəti, mənəvi yüksəklik, mənalı ömür, azad və ədalətli cəmiyyət və sair kimi əhəmiyyətini heç vaxt itirməyən ölməz ideyalarla zənginləşdirmişdir. Nizami sənəti özünün humanist ruhu, xalqın arzu və istəklərinin aydın, təsirli ifadəsi ilə seçilir. Buna görədir ki, bu zəngin irs bütün dövrlərdə müasir səslənmiş, təqdir olunaraq izlənilmişdir. Şair “Sirlər xəzinəsi” poemasında belə bir fikir yürüdür ki, elmin, mədəniyyətin, ədəbiyyatın inkişafında dəmir bir qanunauyğunluq var. Nizami özündən əvvəlkilərlə müqayisədə şeiri elə bir əlçatmaz yüksəkliyə qaldırmışdır ki, sonradan gələn şairlər artıq ondan yüksəyə qalxmaq xülyasına düşməmiş, onun yolu ilə getməyi, ona bənzəməyi, onun şagirdi olmağı özləri üçün fəxarət saymışlar. Nizami mövzularında əsərlər yazmaq, ondan mənalar iqtibas etmək artıq bir ənənəyə çevrilmişdi. Şairin oxucunu həyata, insanlığa qarşı məhəbbət ruhunda tərbiyələndirən ölməz əsərləri bu gün də gözəllikləri, ülviyyəti dərk etməyə çağırır, ağlın qüdrətinə, haqqın, ictimai xeyirin qələbəsinə inam hissləri oyadır. Nizami zəmanəsinin hökmdarları şairi öz saraylarına gətirmək istəmiş, bu məqsədlə ona qiymətli hədiyyələr göndərmişlər. Lakin şair şahların saraya gəlmək təkliflərindən inadla boyun qaçırmış, ömrünün sonuna qədər Gəncədən kənara çıxmamış, heç kimin himayəsinə sığınmamışdır. Dahi şair öz poemalarında müasirlərinə olan münasibəti, doğma Vətəninə, xalqına məhəbbəti, gəncliyə qayğısı və sair haqqında da aydın məlumat verir. Nizaminin əsərləri, eyni zamanda onun saf, təmiz mənəviyyatı, xeyirxah təbiəti, bəşəri arzuları və pak niyyəti haqqında da aydın təsəvvür yaradır.
Təsadüfi deyil ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev dahi şairin 110 illik yubileyi münasibətilə “2021-ci ilin Nizami Gəncəvi ili” elan edilməsi haqqında” 2021-ci il 5 yanvar tarixdə Sərəncam imzalamışdır. Dövlətimizin başçısı Nizami irsinə yüksək qiymət verərək demişdir: “Nizami Gəncəvi ümumbəşəri mahiyyət daşıyan, ecazkar poetik qüvvəyə malik yaradıcılığı ilə Şərq bədii təfəkkürünü elmi-fəlsəfi fikirlərlə zənginləşdirmiş və şeiriyyəti görünməmiş yüksəkliklərə qaldırmışdır. Mütəfəkkir şairin məşhur “Xəmsə”si insanlığın mənəvi sərvətlər axtarışının zirvəsində dayanaraq, dünya ədəbiyyatının şah əsərləri sırasında layiqli yer tutur…”

Ulduz EYVAZOVA
Naxçıvan Qarnizonu tam orta məktəbin tarix müəllimi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR