22 Sentyabr 2021, Çərşənbə

Avqustun 2-də “Əyləncə adası” İstirahət Parkında açıq havada keçirilən bu dəfəki film nümayişi “2 Avqust –Azərbaycan Kinosu Günü”nə həsr olunmuşdur. 

Qeyd edək ki, ümummilli lider Heydər Əliyevin 18 dekabr 2000-ci il tarixli “Azərbaycan Kinosu Gününün təsis edilməsi haqqında” Sərəncamına əsasən, hər il 2 avqust ölkəmizdə “Azərbaycan Kinosu Günü” kimi qeyd olunur.

 

Bu münasibətlə Naxçıvan Dövlət Film Fondu tərəfindən “O olmasın, bu olsun” bədii filmi nümayiş olunmuşdur.

1956-cı ildə bəstəkar Üzeyir Hacıbəylinin eyniadlı operettası əsasında ekranlaşdırılan film Azərbaycanın ilk rəngli bədii filmidir.

Filmdə 1910-cu ildə Bakıda cərəyan edən hadisələr göstərilir. İki gəncin - Sərvər və Gülnazın böyük və ülvi məhəbbətindən, məhəbbətin pula, cəhalətə və feodal qalıqlarına qalib gəlməsindən bəhs olunur. Əsas qəhrəmanlarla yanaşı filmdə Rüstəm bəyin bir çox dost-tanışı: tacirlər, alverçilər, qoçular, mürtəce, satqın jurnalistlər də öz əksini tapır. Lakin rejissor mənfi qüvvələri belə insana sevdirməyə nail olmuşdur.

     “O olmasın, bu olsun” filminin rejissoru Hüseyn Seyidzadə, ssenari müəllifi Sabit Rəhman, operatoru Əlisəttar Atakişiyevdir.Filmdə əsas rolları Əliağa Ağayev, Arif Mirzəquliyev, Tamara Gözəlova, Ağasadıq Gəraybəyli, Barat Şəkinskaya, Mustafa Mərdanov, Möhsün Sənani və digər milli kino ulduzları ifa edirlər.

 

Naxçıvan Muxtar Respublikası Mədəniyyət 

Nazirliyinin mətbuat xidməti

 

 

 

ARXİV

Sentyabr 2021
Be Ça Ç Ca C Ş B
30 31 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 1 2 3

MÜƏLLİFLƏR

KEÇİDLƏR