22 Sentyabr 2021, Çərşənbə

Naxçıvan Dövlət Film Fondu “Əyləncə adası” İstirahət Parkında açıq havada “Bir cənub şəhərində” bədii filminin nümayişini təşkil edib.
Film çox da böyük olmayan cənub şəhərlərindən birinin adamları, onların həyatı və əməyi haqqındadır. Burada hələ də insanların şüurunda keçmişin qalıqlarının kök salması, insanın mənəvi azadlığa necə böyük çətinliklə çıxması məsələləri ön plana çəkilib. Filmin mərkəzində yeniliklə köhnəliyin mübarizəsi, insanın köhnəlmiş adətlərin əsarətindən xilas olması prosesi durur.

Filmin çəkilişləri Təzəpir məscidinin ətrafında yerləşən məhəllələrdən birində aparılıb. Filmin uğurlu alınmasının bir səbəbi də yaradıcı heyətdə yeni düşüncəli, azad gəncliyin toplanması idi.
Film 1969-cu ildə “Azərbaycanfilm” kinostudiyasında istehsal olunub. “Bir cənub şəhərində” filminin quruluşçu rejissoru Eldar Quliyev, quruluşçu operatoru Rasim Ocaqovdur. Baş rolları Həsən Məmmədov, Eldəniz Zeynalov, Məcid Dadaşov, Hacımurad Yegizarov, Natella Adıgözəlova və başqaları ifa edirlər.

Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyinin mətbuat xidməti

ARXİV

Sentyabr 2021
Be Ça Ç Ca C Ş B
30 31 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 1 2 3

MÜƏLLİFLƏR

KEÇİDLƏR