27 Fevral 2021, Şənbə

Fevralın 23-də Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” 3 aprel 2019-cu il tarixli Sərəncamın icrası ilə bağlı A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası tərəfindən Naxçıvan Dövlət Universitetinin kitabxana-biblioqrafiya ixtisası üzrə təhsil alan II kurs tələbələri ilə “Oxunması zəruri olan kitablar siyahısı”na daxil olan “A.S.Qriboyedov: şair-diplomat” kitabının müzakirəsi keçirilmişdir.

Tədbiri Naxçıvan Dövlət Universitetinin Tarix-filologiya fakultəsinin dekanı, tarix üzrə fəlsəfə doktoru, dosent Rəsul Bağırov açaraq, Naxçıvan Muxtar Respublika Ali Məclisi Sədrinin “Oxunması zəruri olan kitabların siyahısının təsdiq edilməsi haqqında” Sərəncamı və bu sərəncamdan irəli gələn vəzifələr haqqında danışmış, gələcək kitabxanaçıların kitabları mütaliə etmələrinin onların fəaliyyətinə müsbət təsir edəcəyinə əminliyini vurğulamışdır.

A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanasının Metodika və biblioqrafiya şöbəsinin müdiri Mehriban Seyidova “Reyhan Mirzəzadənin həyat və yaradıcılığı”, Komplektləşdirmə şöbəsinin müdiri Xədicə Hüseynova  “A.S.Qriboyedovun fəaliyyətində Naxçıvan mövzusu” mövzularında çıxış etmişlər. Çıxışçılar kitab müəllifini Azərbaycan-Rusiya ədəbi əlaqələrinin inkişafına səylə çalışan bir yazar kimi qiymətləndirərək, kitabda A.S.Qriboyedovun fəaliyyətində Naxçıvan mövzusu geniş yer aldığından, Türkmənçay və Gülüstan müqavilələrinin bağlandığı zaman ermənilərin cənubi Qafqaza köçürülmə siyasətindən ətraflı söz açdılar.

Sonra kitab müzakirə edilmiş, tələbələrin sualları cavablandırılmışdır.

 

Naxçıvan Muxtar Respublikası Mədəniyyət

Nazirliyinin mətbuat xidməti

 

 

 

 

ARXİV

Fevral 2021
Be Ça Ç Ca C Ş B
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28

MÜƏLLİFLƏR

KEÇİDLƏR