03 Mart 2021, Çərşənbə

Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında Cəfər Cabbarlının “Aydın” pyesi əsasında hazırlanan eyniadlı tamaşa 2021-ci ilin ilk canlı yayımı olaraq teatrsevərlərə təqdim edilib.

Tamaşanın quruluşçu rejissoru və səhnə tərtibatçısı gənc mütəxəssis Həcərxanım Məmməmədova, rejissoru və musiqi tərtibatçısı Səyyad Məmmədov, rejissor assistenti Azərbaycan Respublikasının Əməkdar artisti Behruz Haxverdiyevdir. Tamaşada rolları Azərbaycan Respublikasının Əməkdar artistləri Əbülfəz İmanov və Behruz Haxverdiyev, həmçinin Səyyad Məmmədov, Səkinə Məmmədova, Nəsimi Məmmədzadə, Ələsgər Quliyev, Zəminə Məmmədova, Vəfa Qurbanova, Nurlan Sultanlı, Anar Eyvazov və Dünyamalı Orucov ifa edirlər.

Xatırladaq ki, ötən ilin may ayında Naxçıvan Dövlət Musiqili Dram Teatrı “Aydın” tamaşasından bir hissəni onlayn formada teatrsevərlərə təqdim etmişdir.

Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyinin mətbuat xidməti

ARXİV

Mart 2021
Be Ça Ç Ca C Ş B
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31 1 2 3 4

MÜƏLLİFLƏR

KEÇİDLƏR