27 Fevral 2021, Şənbə

Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına Sərgi Salonunda Rəssamlar Birliyinin nəzdində yaradılan Gənc rəssamlar bölməsinin üzvü Mirilqar Seyidovun hesabat və yaradıcılıq sərgisi keçirilib.

Tədbiri giriş sözü ilə Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin sədri, Azərbaycan Respublikasının Əməkdar rəssamı Ülviyyə Həmzəyeva açaraq sərginin keçirilməsinin əhəmiyyətindən və rəssamın özünəməxsus yaradıcılıq yolundan danışıb. Bildirilib ki, Mirilqar Seyidov yaradıcılığı tanınan və seviləndir. Qeyd edib ki, Mirilqar Seyidov 24 noyabr 1996-cı ildə Naxçıvan şəhərində anadan olub. 2003-cü ildə Hüseyn Cavid adına 5 nömrəli orta məktəbə daxil olub və 2014-cü ildə bitirib. 2014-cü ildə Naxçıvan Dövlət Universiteti İncəsənət fakültəsi Rəngkarlıq ixtisası üzrə təhsil alıb. 2016-cı ildə Naxçıvan Şəhər Ərtoğrol Cavid adına Uşaq Musiqi və Bədii Sənətkarlıq Məktəbində müəllimlik fəaliyyətinə başlayıb. 2019-cu ildə həmin məktəbdə fərdi yaradıcılıq sərgisi keçirilib. 2020-ci ildə Naxçıvan Rəssamlar Birliyinin nəzdində yaradılan Gənc Rəssamlar Birliyinin üzvü seçilib. Ülviyyə Həmzəyeva gənc rəssamı təbrik edib, fəaliyyətində uğurlar arzulayıb.
Tədbirdə Ərtoğol Cavid adına Uşaq Musiqi və Bədii Sənətkarlıq məktəbinin direktoru Əbulfət Babayev, Azərbaycan Respublikasının xalq rəssamı Hüseynqulu Əliyev və başqaları çıxış edərək gənc rəssamı təbrik ediblər. Sonra sərgiyə baxış olub.
Qeyd edək ki, sərgidə Mirilqar Seyidovun müxtəlif janrlarda Naxçıvanı tərənnüm edən 30 əsəri nümayiş olunub.

Xəbərlər şöbəsi

ARXİV

Fevral 2021
Be Ça Ç Ca C Ş B
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28

MÜƏLLİFLƏR

KEÇİDLƏR