05 Dekabr 2020, Şənbə

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri deyib: “Muzeylər bizim tariximizi, mədəniyyətimizi özündə qoruyub gələcəyə daşıyır. ...Lakin iş muzeylərin yaradılması ilə bitmir, onların daim zənginləşdirilməsinə, tamaşaçıların muzeylərə cəlb olunmasına da ciddi diqqət yetirilməlidir”.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2014-cü il 19 dekabr tarixli “Muzeylərlə əlaqələrin daha da gücləndirilməsi haqqında” Sərəncamına uyğun olaraq muxtar respublikada dövlət orqanları işçilərinin muzeylərə kollektiv gedişi təmin olunub. Bu tədbirlərin həyata keçirilməsi muzeylərə marağın artmasına, tariximizin, mədəniyyətimizin hərtərəfli öyrənilməsinə və təbliğinə şərait yaradır.
Noyabrın 7-də Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının kollektivi və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Naxçıvanşünaslıq Mərkəzinin əməkdaşları “Əlincəqala” Tarix-Mədəniyyət Muzey Kompleksində olublar.

Məlumat verilib ki, Əlincə qalası I-VI əsrlərdən başlayaraq müdafiə istehkamı və yaşayış yeri kimi istifadə edilib, 14 il Əmir Teymurun qoşunlarının hücumlarına müqavimət göstərib. “Əlincəqala” tarixi abidəsi və “Əlincəqala” Tarix-Mədəniyyət Muzeyi Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2014-cü il 11 fevral tarixli Sərəncamına əsasən bərpa olunub. Bərpa işləri zamanı abidənin tarixiliyi qorunub saxlanılıb. Qalanın zirvəsinə doğru yol çəkilib, ərazidə işıqlandırma sistemləri yaradılıb, oturacaqlar qoyulub, yaşıllıqlar salınıb.
Qeyd olunub ki, burada fəaliyyət göstərən muzey binası 2 iş otağı və ekspozisiya zalından ibarətdir. Muzey fondunda olan 256 eksponatdan 176-sı ekspozisiyada nümayiş olunur.
Həmin gün Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti Aparatının kollektivi Naxçıvan Dövlət Xalça Muzeyində, Ali Məhkəmənin, Naxçıvan Şəhər Məhkəməsinin və ixtisaslaşdırılmış məhkəmələrin kollektivləri “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində, Daxili İşlər Nazirliyinin kollektivi Cəmşid Naxçıvanskinin ev-muzeyində, Dövlət Təhlükəsizliyi Xidmətinin kollektivi Bəhruz Kəngərli Muzeyində, Naxçıvan Muxtar Respublikası Prokurorluğunun kollektivi Xatirə Muzeyində, Ədliyyə Nazirliyinin kollektivi Hüseyn Cavidin ev-muzeyi və xatirə kompleksində, Fövqəladə Hallar Nazirliyinin kollektivi Cəlil Məmmədquluzadənin ev-muzeyində, Dövlət Gömrük Komitəsinin kollektivi Naxçıvan Dövlət Rəsm Qalereyasında, İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsmanın) Aparatının kollektivi “Qarabağlar” Türbə Kompleksində, Maliyyə Nazirliyinin kollektivi Duz Muzeyində, İqtisadiyyat Nazirliyinin kollektivi Milli Dəyərlər Muzeyində, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin kollektivi Yusif Küseyir oğlu türbəsində, Kənd Təsərrüfatı Nazirliyinin kollektivi Nəbatat bağında, Rabitə və Yeni Texnologiyalar Nazirliyinin kollektivi Biznes Mərkəzində, Səhiyyə Nazirliyinin kollektivi Heydər Əliyev Muzeyində, Təhsil Nazirliyinin kollektivi Dövlət Bayrağı Muzeyində, Mədəniyyət Nazirliyinin kollektivi Naxçıvan Dövlət Tarix Muzeyində, Gənclər və İdman Nazirliyinin kollektivi Ədəbiyyat Muzeyində, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin kollektivi “Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksində olublar.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2020
Be Ça Ç Ca C Ş B
30 1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31 1 2 3

MÜƏLLİFLƏR

KEÇİDLƏR