05 Dekabr 2020, Şənbə

Vətən! Bir ovuc torpağında sənin ətrin, sənin nəfəsin, bir yudum suyunda sənin nəğmən, sənin səsin, sənin varlığın var. Neçə ilə, qərinələrə, əsirlərə, min­illiklərə şahidlik edən ağ örpəkli, yaşıl yamaclı dağların var. Qayalarda qəddi əyilməyən, harayını sinəsinə sipər çəkən babaların əl izləri, ürəyi dağlı nənələrin sığalı var. Hər daşında canlı tarix, qan yaddaşı, ölümsüz əsərlərin var. Uğruna ananın bircə oğlunu fəxrlə ölümə göndərdiyi, rəşadətin, şəhadətin var. Bir qarış torpağından keçməyən, ölümün gözünə dik baxan qəhrəmanların, şəhidlərin var.
Özün boyda bir sevgi var. Dili susdurub, ürəyi danışdıran bir sevgi. O sevgi ki səni canlandırır, səni yaşadır, sənə aparır. Bir ehtiras, bir qucaq var. Coşan qanım, titrəyən qəlbim səni səsləyir, səni gözləyir. Özün qədər güclü nidaların, müqəddəs cihadların var. Ayaq izlərimizi arzulayan, sevgidən alovlanan Vətən həsrəti, yurd intizarı bizi səsləyir, bizi çağırır. Bu çağırış zəfərin inamıdır. Qələbənin ruhudur. Anamız, andımız Vətən torpaqlarına canımızla, qanımızla, mərdimizlə, igidimizlə, qürurumuzla, duyğumuzla, varlığımızla yol almışıq, sənə çatan günlərimiz çox yaxındadır...

- Türkan HÜSEYNLİ

ARXİV

Dekabr 2020
Be Ça Ç Ca C Ş B
30 1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31 1 2 3

MÜƏLLİFLƏR

KEÇİDLƏR