29 Oktyabr 2020, Cümə axşamı

Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi pandemiya dövründə xüsusi qaydalara ciddi riayət etməklə sentyabr ayında da onlayn tədbirlərin keçirilməsini davam etdirmişdir.
Milli Musiqi Günü münasibətilə Aşıqlar Birliyi üzvlərinin onlayn, Naxçıvan Dövlәt Filarmoniyasının canlı konsertləri, Cәlil Mәmmәdquluzadә adına Naxçıvan Dövlәt Musiqili Dram Teatrının onlayn әdәbi-bәdii kompozisiyası və Xatirə Muzeyinə onlayn ekskursiya sentyabr ayının maraqla izlənən tədbirlərindən olmuşdur. Bütün tədbirlər Naxçıvan Dövlət Televiziyasında və onun internet resurslarında, həmçinin Mədəniyyət Nazirliyinin rəsmi internet saytında və sosial şəbəkə hesablarında canlı olaraq yayımlanmışdır.

“Naxçıvan Muxtar Respublikasında xalça sənətinin qorunması və inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı”nın icrası ilə bağlı “Əllə toxunmuş xalçaların reyestri sistemi”nə daxil edilməsi üçün ötən ay 2 yeni xalçanın pasportlaşdırılması işi aparılmışdır. Həmçinin “Əllə toxunmuş xalçaların reyestri sistemi”nə daxil olan 45 xalça haqqında nazirliyin sosial şəbəkə hesablarında məlumatlar paylaşılmışdır. AMEA Naxçıvan Bölməsinə nazirlik tərəfindən 39-u yararlı olmaqla, 59 qədim əlyazma və kitab hədiyyə edilmiş, bu münasibətlə təqdimat mərasimi keçirilmişdir.
Ötən ay Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında 138-ci teatr mövsümünün açılışı münasibətilə tədbir keçirilmiş, tədbirin bədii hissəsində Cəfər Cabbarlının “Aydın” əsəri əsasında hazırlanan eyniadlı tamaşanın premyerası olmuşdur.
İyun ayından start verilmiş və il ərzində davam edəcək “Mədəniyyətin izi ilə” sosial mədəniyyət layihəsində iştirak etmək üçün sentyabr ayı ərzində nazirliyə videoçarx, videoslayd, mətn olmaqla, ümumilikdə, 15 sayda material daxil olmuşdur.
Ötən ay muxtar respublikada fəaliyyət göstərən muzeyləri 10 min 216 nəfər yerli, 118 nəfər əcnəbi olmaqla, ümumilikdə, 10 min 334 nəfər tamaşaçı ziyarət etmiş, muzeylərə 32 ədəd yeni eksponat daxil olmuşdur. Muxtar respublikada fəaliyyət göstərən kitabxanalar da sentyabr ayında fəaliyyətlərini onlayn şəkildə davam etdirmiş, kitabxanalara oxucu gəlişi 3 min 763 nəfər, kitab verilişi isə 24 min 255 nüsxə olmuşdur. Ay ərzində kitabxanalar tərəfindən sağlamlıq imkanları məhdud 19 uşağa səyyar kitabxana xidməti göstərilmişdir.
Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika və Adil Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq kitabxanası tərəfindən “Oxunması zəruri olan kitabların Siyahısı”na daxil olan bir neçə kitabın 4 onlayn, 3 ənənəvi müzakirəsi təşkil olunmuşdur. “Nağıl günləri” layihəsi çərçivəsində sentyabr ayında 9-u Məhəmməd Tağı Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrı, 29-u muxtar respublikadakı kitabxanalar tərəfindən olmaqla, ümumilikdə, 38 audionağıl hazırlanaraq sosial şəbəkə hesablarında 134 paylaşım edilmişdir.
Sentyabr ayında həftədə bir dəfə olmaqla, Naxçıvan Dövlət Film Fondu “Əyləncə adası” istirahət parkında açıq havada sakinlər üçün 3 bədii film nümayiş etdirmişdir. Gənclərlə iş sahəsində də bir sıra işlər görülmüş, asudə vaxtın səmərəli təşkili məqsədilə nazirliyin, eləcə də rayon və şəhər mədəniyyət şöbələrinin Gənclər birliklərinin üzvləri tərəfindən kitab və film müzakirələri, görüşlər təşkil edilmişdir.

Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyinin mətbuat xidməti

ARXİV

Oktyabr 2020
Be Ça Ç Ca C Ş B
28 29 30 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31 1

MÜƏLLİFLƏR

KEÇİDLƏR