21 Oktyabr 2020, Çərşənbə

AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Ədəbiyyatşünaslıq şöbəsinin müdiri, dosent Ramiz Qasımovun “Milli yaddaşın məhək daşı: Xalq şairi Məmməd Araz” adlı monoqrafiyası nəşr olunub.
AMEA-nın birinci vitse-prezidenti, akademik İsa Həbibbəylinin elmi redaktorluğu ilə işıq üzü görən tədqiqat əsəri “Məmməd Araz dünyası elmi-ədəbi yaddaş işığında” adlı “Ön söz”dən, “Giriş”, 2 fəsil, “Nəticə” və ədəbiyyat siyahısından ibarətdir.

Müəllif görkəmli Xalq şairi Məmməd Arazın çoxcəhətli və zəngin yaradıcılığını tədqiqata cəlb edib. Monoqrafiyada Məmməd Araz yaradıcılığında Azərbaycan xalqının milli-mənəvi taleyi və dəyərlərini əhatə edən, qüdrətli söz ustadının sənətkarlıq məsələləri və məharətini özündə ehtiva edən problemlər təhlil obyektinə çevrilib. Burada şairin yaradıcılığının milli-mənəvi məğzi və qayəsi, şeirlərinin dil-üslub xüsusiyyətləri kimi məsələlər əksini tapıb.
Ali məktəb tələbələri, elmi tədqiqatçılar, ədəbiyyat adamları və geniş oxucu kütləsi üçün nəzərdə tutulan vəsaitdən Məmməd Araz yaradıcılığını sevən hər kəs istifadə edə bilər.

*       *       *

AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Musiqi və teatr şöbəsinin müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Əli Qəhrəmanovun “Naxçıvan teatrında rejissor sənəti” adlı monoqrafiyası çapdan çıxıb.
Uzunillik tədqiqatların nəticəsi olan monoqrafiya teatrşünaslıq sənətinin aktual məsələlərini özündə əks etdirən mükəmməl tədqiqat əsəridir.
Nəşrdə Naxçıvan teatrında fəaliyyət göstərən rejissorların yaradıcılıq yolları arxiv sənədləri, dövri mətbuat materialları əsasında müxtəlif mərhələlər üzrə araşdırılıb. Naxçıvan teatr tarixinin əsaslı şəkildə araşdırılması ilə bərabər, bir sıra əsas tezislər də elmi-nəzəri baxımdan sistemli şəkildə tədqiqata cəlb olunub.
Monoqrafiyanın ayrı-ayrı fəsillərində teatrın zəngin inkişaf yolu, burada oynanılan tamaşaların milli və siyasi əhəmiyyəti, eləcə də rejissorluq sənətindən geniş bəhs olunur.

AMEA Naxçıvan Bölməsinin mətbuat xidməti

 

ARXİV

Oktyabr 2020
Be Ça Ç Ca C Ş B
28 29 30 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31 1

MÜƏLLİFLƏR

KEÇİDLƏR