23 Oktyabr 2020, Cümə

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi ilə əlaqədar müvafiq sərəncamlarına uyğun olaraq Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin təşkilatçılığı ilə Naxçıvan Müəllimlər İnstitutunun Təsviri incəsənət müəllimliyi ixtisasında təhsil alan tələbələri üçün “Hami təşkilatların vacibliyi və müsbət təsiri” mövzusunda onlayn seminar-diskussiya keçirilib. Tədbiri giriş sözü ilə Naxçıvan Müəllimlər İnstitutunun rektoru, pedaqogika üzrə fəlsəfə doktoru Azad Novruzov açaraq hami təşkilatla birgə keçirilən seminarların əhəmiyyətini diqqətə çatdırıb. Təsviri incəsənət müəllimliyi ixtisasının tələbələri üçün keçirilən tədbirlərin önəmini vurğulayan rektor bildirib ki, hamilik çərçivəsində həyata keçirilən işlər müvafiq ixtisaslarda təhsil alan tələbələr üçün geniş imkanlar açmaqdadır.

Seminarda Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin sədri, Azərbaycan Respublikasının Əməkdar rəssamı Ülviyyə Həmzəyeva çıxış edərək bildirib ki, hami təşkilat olaraq Naxçıvan Müəllimlər İnstitutu ilə birgə əməkdaşlıq çərçivəsində Təsviri incəsənət müəllimliyi ixtisasında təhsil alan tələbələr bu günədək aktiv fəaliyyət göstəriblər. İstedadlı tələbələrin Bəhruz Kəngərli adına Sərgi Salonunda fərdi və qarışıq sərgiləri təşkil olunub, ustad dərsləri keçilib, tələbələr festival və müsabiqələrə dəvət olunaraq yüksək nəticə göstəriblər.
Seminarda, həmçinin müəllim və tələbələrin çıxışları dinlənilib .

Naxçıvan Müəllimlər İnstitutunun
mətbuat və ictimaiyyətlə əlaqələr xidməti

ARXİV

Oktyabr 2020
Be Ça Ç Ca C Ş B
28 29 30 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31 1

MÜƏLLİFLƏR

KEÇİDLƏR