19 Sentyabr 2020, Şənbə

Dünən Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin 2020-ci il üçün iş planına əsasən Naxçıvan Dövlət Film Fondu tərəfindən Əyləncə və İstirahət Mərkəzində açıq havada “Eviniz abad” filmi nümayiş olunub.

Qeyd edək ki, nümayiş olunan ekran əsəri Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin sifarişi ilə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında gürcü kinematoqrafçıları ilə birgə 2018-ci ildə istehsal olunub. Romantik komediya janrında olan, qeyri-adi əhvalat üzərində qurulmuş, azərbaycanlı oğlanla gürcü qızının məhəbbətindən bəhs edən filmdə hadisələr Azərbaycan və Gürcüstanda baş verir. “Eviniz abad” bədii filmində gürcü aktyorlar da yer alıb, çəkilişlər Azərbaycanda və Gürcüstanda aparılıb. Film iki xalqın dostluğu, qardaşlığı, qarşılıqlı xeyirxahlığı haqqındadır. Eyni zamanda hər iki xalqın məruz qaldığı dəhşətli müharibə və onun törətdiyi fəsadlara da geniş yer verilib.
Qeyd edək ki, filmin ssenari müəllifləri İmir Məmmədli və Mirsadıq Ağazadə, quruluşçu rejissoru Mirsadıq Ağazadə, quruluşçu operatorları Elxan Rüstəmov, Ruslan Ağazadə, bəstəkarı Rauf Əliyev, rəssamı Əziz Məmmədov, rejissoru Akif Rüstəmov, icraçı prodüseri Ülvi Qasımov, prodüseri Müşfiq Hətəmovdur.
Filmin nümayişi tamaşaçılarda xoş ovqat yaradıb.


Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyinin mətbuat xidməti

ARXİV

Sentyabr 2020
Be Ça Ç Ca C Ş B
31 1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 1 2 3 4

MÜƏLLİFLƏR

KEÇİDLƏR