04 Avqust 2020, Çərşənbə axşamı

Naxçıvan Muxtar Respublikası Gənc­lər və İdman Nazirliyi və “Gənc­lərin İntellektual İnkişaf Mərkəzi” İctimai Birliyi tərəfindən sosial şəbəkələrdə gənclərin asudə vaxtlarının səmərəli keçməsi üçün bir sıra aksiya və yarışların təşkili diqqət mərkəzində saxlanılıb. Belə tədbirlərdən biri də “Mütaliədən qalma!” aksiyasıdır.

Artıq üç aydan çoxdur ki, davam edən aksiyanın məqsədi gənc­lərdə mütaliəyə marağın daha da artırılması, kitabları gənclərə sevdirməkdən ibarətdir. Geridə qoyduğumuz iyun ayı ərzində bu aksiyaya gənclər tərəfindən 47 kitab haqqında fikir, təəssürat və məlumatlar təqdim edilib. Bu paylaşımlar haqqında qurumların rəsmi sosial şəbəkələrindən tanış olmaq olar.
Qeyd edək ki, keçirilən aksiyaya iyun ayı ərzində qoşulan gənclərin də sayı artıb. Şərəf Dadaşova, Abdulla Kərim, Səmavi Hüseynova, Özləm Bayramova, Fərid Əliyev, Ramin Həsənli, Nihad Hüseynli, Gülnar Quliyeva, Taran Qulamov, Bahar Altay, Selcan Abdullayeva və İnci Nəbiyeva aksiyada daha fəal şəkildə iştirak etdikləri üçün Gənclər və İdman Nazirliyi tərəfindən kitablarla mükafatlandırılıblar.
Aksiya iyul ayında da davam edir və ayın 31-də yekunlaşacaqdır.

Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin mətbuat xidməti

ARXİV

Avqust 2020
Be Ça Ç Ca C Ş B
27 28 29 30 31 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31 1 2 3 4 5 6

MÜƏLLİFLƏR

KEÇİDLƏR