16 İyul 2020, Cümə axşamı


Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 15 may-16 iyun tarixləri arasında “Milli dəyərlərimiz düşüncəmizdə” adlı esse müsabiqəsi keçirilib. Onlayn müsabiqəyə, ümumilikdə 42 iştirakçı tərəfindən, 43 esse təqdim olunub.

Nazirlik tərəfindən müəyyən edilmiş Münsiflər Heyəti müsabiqəyə təqdim olunmuş esselərə baxış keçirib. Seçim zamanı mövzunun təsvir və ya tərənnüm gücü, eyni zamanda bəhs olunan mövzunun reallığı, essedəki mətnin mövzuya uyğun dolğunluğu, müəllif fikrinin anlaşılan formada, birmənalı şəkildə çatdırılması, essedə göstərilən faktın doğruluğu, heç bir yerdə dərc olunmaması, Azərbaycan ədəbi dilinin orfoqrafik, qrammatik və punktoqrafik (durğu işarələri) qaydaları əsasında yazılması nəzərə alınıb. Qeyd edək ki, esse müsabiqəsində I yer üzrə qalib seçilməyib. Müsabiqənin nəticələrinə əsasən Naxçıvan Musiqi Kollecinin müəllimi Elnurə Əsgərova II yerə, Ordubad Şəhər Uşaq Musiqi Məktəbinin müəllimi Fatma Babayeva III yerə layiq görülüb. Müsabiqədə fərqlənənlər sırasında “Şərq qapısı” qəzetinin əməkdaşları da olub. Diplom, mükafat və fəxri fərmanlar qalib gələn və fərqlənən iştirakçıların evlərinə çatdırılacaqdır.

ARXİV

İyul 2020
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR