11 İyul 2020, Şənbə

12 iyun 2020-ci il tarixdə gənclərin asudə vaxtlarının səmərəli təşkili, istedadlı gənclərin üzə çıxarılması, onların bacarıqlarının təkmilləşdirməsi üçün lazımi şəraitin formalaşdırılması məqsədilə Naxçıvan şəhərindəki Sahil parkında “III Art Battle” (İncəsənət Döyüşü) adlı rəsm müsabiqəsi keçirilmişdir. Əvvəlcə Milli Məclisin deputatı, Rəssamlar Birliyinin sədri Ülviyyə Həmzəyeva, Gənclər və İdman naziri Azad Cabbarov və Milli Məclisin deputatı, Gənclər Fondunun icraçı direktoru Cəbi Quliyev çıxış edərək muxtar respublikada gənclər üçün yaradılmış şərait, onların asudə vaxtlarının səmərəli təşkili üçün həyata keçirilən tədbirlər haqqında ətraflı məlumat vermişlər. Həmçinin, bildirmişlər ki, müəyyən karantin günlərində də gənclərin iştirakı ilə onlayn olaraq müxtəlif tədbirlər həyata keçirilmişdir. Çıxış edənlər müsabiqə iştirakçılarına uğurlar arzulamışlar. Sonra iştirakçılar kətan üzərində yağlı boya ilə müxtəlif rəsm əsərləri çəkmişlər. Münsiflər heyətinin rəyinə əsasən qaliblər aşağıdakı kimi müəyyən edilmişdir: Əzizə Hacıyeva və Nuray Gözəlova müsabiqənin qalibləri, Çinar Hacıyev, Nihad Aslanov II, İnci Qənbərova, Həcər Bəylərova isə III yerlərə layiq görülmüşlər. Qaliblərə və müsabiqədə iştirak edən digər iştirakçılara təşkilatçılar tərəfindən diplom, fəxri fərman və qiymətli hədiyyələr təqdim olunmuşdur. 28 nəfər gəncin iştirak etdiyi müsabiqə Gənclər və İdman Nazirliyinin, Gənclər Fondunun, Rəssamlar Birliyinin və Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyinin birgə təşkilatçılığı ilə keçirilmişdir.

Naxçıvan Muxtar Respublikası

Gənclər və İdman Nazirliyinin

mətbuat xidməti

 

 

 

ARXİV

İyul 2020
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR