26 Sentyabr 2020, Şənbə

İyunun 10-da Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında Naxçıvan Musiqi Kollecinin “Gənclik” İnstrumental Ansamblının canlı yayımla konserti olub. Konsert proqramında Azərbaycan bəstəkarlarının yaradıcılığından və muğam sənətimizdən nümunələr səsləndirən ansamblın bədii rəhbəri musiqi kollecinin müəllimi Sahil Qasımovdur.

Onlayn konsertdə ansamblın solistləri İlkin Abdullayev və Samir İsmayılov Azərbaycan bəstəkarlarının mahnılarını, “Bayatı-Şiraz” təsnifini ifa ediblər. Qeyd edək ki, ansamblın ifasında musiqisevərlər üçün maraqlı musiqili kompozisiya da təqdim olunub.
Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə təqdim edilən, konsert böyük izləyici sayı ilə maraqla qarşılanıb və təqribən, bir saata yaxın davam edib.
Növbəti onlayn konsert proqramı da Naxçıvan Dövlət Televiziyasında və Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin rəsmi internet resurslarında canlı olaraq yayımlanıb.

Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyinin mətbuat xidməti

ARXİV

Sentyabr 2020
Be Ça Ç Ca C Ş B
31 1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 1 2 3 4

MÜƏLLİFLƏR

KEÇİDLƏR