29 May 2020, Cümə

Dünən Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində “İstedadlı şagirdlər” albom-kataloqunun təqdimatı keçirilib.
Tədbiri giriş sözü ilə açan Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi Aparatının rəhbəri Rəşad Əlizadə qeyd edib ki, təhsilə göstərilən dövlət qayğısının nəticəsidir ki, ümumtəhsil müəssisələri ilə yanaşı, məktəbdənkənar tərbiyə müəssisələrində uşaqların asudə vaxtlarının səmərəli təşkili, onların istedad və bacarıqlarının üzə çıxarılması, yaradıcılıq qabiliyyətlərinin genişləndirilməsi üçün zəruri şərait yaradılmışdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığı ilə cari tədris ilində Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində 12 adda innovativ dərnək yaradılmış, hazırda isə Şərur rayonunun məktəbdənkənar tərbiyə müəssisələrində 15, Şərur Şəhər Fizika-Riyaziyyat Təmayüllü Liseydə isə 2 adda innovativ dərnəklərin yaradılması davam etdirilir.

Qeyd olunub ki, belə silsilə tədbirlərin davamı olaraq Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığına əsasən nəfis şəkildə tərtib olunmuş, yüksək poliqrafik keyfiyyəti ilə seçilən albom-kataloqun giriş hissəsində Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində 2019-cu il oktyabrın 26-da innovativ dərnəklərin fəaliyyətə başlaması ilə bağlı məlumat və fotolar, istedadlı şagirdlərin fotoları, onlar haqqında ümumi məlumat və əl işləri öz əksini tapıb. Albom-kataloqda, ümumilikdə, 67 şagirdin müxtəlif yaradıcılıq nümunələri yer almışdır.
Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin direktoru Murad Babayev çıxış edərək mərkəzdə tədris ili ərzində dərnək üzvlərinin fəal iştirakı ilə keçirilən tədbirlər haqqında ətraflı məlumat verib.
Dərnək üzvlərindən Əzizə Hacıyeva və Kamal Qafarov yaradılan şəraitə görə dövlətimizə minnətdarlıq ediblər.
Sonda kataloqda əl işləri sərgilənən şagirdlərə albom-kataloqlar təqdim edilib və həmin əl işlərindən ibarət sərgiyə baxış olub.

Naxçıvan Muxtar Respublikası
Təhsil Nazirliyinin mətbuat xidməti

ARXİV

May 2020
Be Ça Ç Ca C Ş B
27 28 29 30 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR