25 Sentyabr 2020, Cümə

Dünən Cəlil Məmməd­quluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında Aleksandr Sergeyeviç Qriboyedovun eyniadlı əsəri əsasında hazırlanmış “Ağıldan bəla” tamaşasının onlayn premyerası keçirilib.

Əsər XIX əsrin 20-ci illərində gənc nəslin mövcud ictimai-siyasi quruluşdakı eybəcərliklərə qarşı mübariz ruhda tərbiyəsində mühüm rol oynayan yüksək sənət nümunəsi olmuşdur. “Ağıldan bəla”, hər şeydən əvvəl, fikirlərdə əmələ gələn bu yeniliyin təbiiliyini, qanunauyğunluğunu, həyatiliyini və gec-tez Rusiyada hər hansı bir şəkildə üsyanın baş verəcəyinin labüdlüyünü təsdiq və sübut üçün diqqəti cəlb etmişdir.
Tamaşada rolları Azərbaycan Respublikasının Əməkdar artistləri Behruz Haxverdiyev, Nazlı Hüseynquliyeva, Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti Günay Qurbanova, həmçinin Zakir Fətəliyev, Mirsaleh Seyidov, Nəsimi Məmmədzadə və başqaları ifa etmişlər.
Tamaşanın quruluşçu rejissoru Azərbaycan Respublikasının Əməkdar artisti Tofiq Seyidov, quruluşçu rəssamı Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamı Səyyad Bayramov, musiqi tərtibatçısı isə Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti Səməd Əsgərovdur.


Naxçıvan Muxtar Respublikası Mədəniyyət
Nazirliyinin mətbuat xidməti

ARXİV

Sentyabr 2020
Be Ça Ç Ca C Ş B
31 1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 1 2 3 4

MÜƏLLİFLƏR

KEÇİDLƏR