31 Mart 2020, Çərşənbə axşamı

Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına Sərgi Salonunda “Bir əsər-bir həyat” adlı xeyriyyə sərgi-satışı təşkil olunub.
Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin təşkilatçılığı ilə keçirilən tədbirdə Rəssamlar Birliyinin sədri, Azərbaycan Respublikasının Əməkdar rəssamı Ülviyyə Həmzəyeva qeyd edib ki, insanoğlu doğulandan bəri xəstəliklərdən sığortalanmayıb. Müəyyən vaxt kəsiklərində hər hansı xəstəlikdən əziyyət çəkə bilirik. Bu gün ölkəmizdə, eləcə də muxtar respublikamızda səhiyyənin inkişafına diqqət və qayğı göstərilir. Tibdə ən çətin xəstəliklərin müalicə yolları tapılıb. Ağır xəstəlikdən əziyyət çəkən bir azyaşlının da mütləq şəfa tapacağına inanırıq.

Bildirilib ki, sərgi-satışda 32 naxçıvanlı rəssamın aplikasiya, viraj tipli, daş üzərində oyma, toxuma, tikmə və digər sənət növlərində hazır­lanmış əsərlərindən ibarət 44 əl işi nümayiş etdirilir. Ülviyyə Həmzəyeva tədbirdə iştirak edən və öz dəstəyini göstərən təşkilatlara minnətdarlığını bildirib.
Qeyd edək ki, satışdan əldə olunan vəsait beyin şişindən əziyyət çəkən Babək rayon Payız kənd sakini, 10 yaşlı Təranə Allahverdiyevanın müalicəsinə sərf olunacaq.

 Güntac ŞAHMƏMMƏDLİ

ARXİV

Mart 2020
Be Ça Ç Ca C Ş B
24 25 26 27 28 29 1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31 1 2 3 4 5

MÜƏLLİFLƏR

KEÇİDLƏR