07 Aprel 2020, Çərşənbə axşamı

Bəhruz Kəngərli Muzeyində realist fırça ustasının anadan olmasının 128-ci ildönümünə həsr olunmuş “Nuh torpağının rəssamı” adlı tədbir keçirilib.
Tədbirdə muzeyin direktoru Səbinə Əlincəli Azərbaycan rəssamlığına əvəzsiz xidmətlər göstərmiş görkəmli sənətkarın çox zəngin və mövzu etibarilə əhatəli yaradıcılığına nəzər salıb, böyük rəssamın irsinə göstərilən diqqət və qayğıdan söhbət açıb.

Bildirilib ki, istedadlı sənətkarın yaradıcılığını Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev həmişə yüksək qiymətləndirib. Naxçıvan şəhərində Bəhruz Kəngərli Muzeyinin, görkəmli sənətkar­ın adını daşıyan Rəssamlar Parkının yaradılması, parkda abidəsinin ucaldılması, 2012-ci ildə rəssamın 120 illik yubileyinin qeyd olunması görkəmli sənətkarın irsinə göstərilən diqqətin, muxtar respublikada rəssamlıq sənətinə verilən yüksək dəyərin ifadəsidir.
Vurğulanıb ki, Bəhruz Kəngərlinin çox zəngin və mövzu etibarilə əhatəli yaradıcılığı gənc nəsillər üçün örnəkdir. Böyük rəssamın vətənpərvərliyinin ifadəsidir ki, onun ustalıqla yaratdığı əsərlər Bəhruz Kəngərlini incəsənət tariximizin unudulmayan nümayəndəsinə çevirib.
Tədbirdə Azərbaycan Respublikasının Xalq rəssamı Hüseynqulu Əliyev, Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamı Həbibə Allahverdiyeva çıxış edərək Bəhruz Kəngərli ənənələrinin naxçıvanlı rəssamların yaradıcılığındakı mühüm rolundan, görkəmli sənətkarın irsinin təbliğindən danışıblar.
Sonda realist rəssamın əsərlərindən ibarət ekspozisiyaya baxış olub.

 Güntac ŞAHMƏMMƏDLİ

ARXİV

Aprel 2020
Be Ça Ç Ca C Ş B
30 31 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 1 2 3

MÜƏLLİFLƏR

KEÇİDLƏR