29 Yanvar 2020, Çərşənbə

AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda “İmadəddin Nəsimi dili və üslubu” monoqrafiyası çap olunub.

İnstitutdan bildirilib ki, əsərdə mənbə kimi Nəsiminin türk “Divan”ının materiallarından istifadə edilib. Akademik Nizami Cəfərov və professor Nizami Xudiyevin redaktorluğu ilə çap olunan kitab klassik Azərbaycan ədəbiyyatına maraq göstərənlər, filoloq-tələbələr, Azərbaycan ədəbi dilinin tarixini araşdıran mütəxəssislər, ali və orta məktəb müəllimləri üçün ilk elmi mənbə kimi faydalı ola bilər.

Kitabın müəllifləri professor Sevil Mehdiyeva, dosent Türkan Əskərova və Şahnazxanım Şükürzadədir.

Monoqrafiyada qeyd olunur ki, Nəsimi bütün fəlsəfi fikirlərini doğma ana dilində yazaraq, Azərbaycan dili sözlərinə ədəbi dil səlahiyyəti verib, onu xəlqi söz və ifadələrlə zənginləşdirmək missiyasını uğurla yerinə yetirib.

 

 

 

ARXİV

Yanvar 2019
Be Ça Ç Ca C Ş B
31 1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31 1 2 3

MÜƏLLİFLƏR

KEÇİDLƏR