10 Avqust 2020, Bazar ertəsi

Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrinin və onların əsərlərinin digər ölkələrdə tanıdılması və təbliği məqsədilə 2016-cı ildən etibarən “Azərbaycan Kitabının Dünyada Tanıdılması” layihəsi həyata keçirilir.

 Cari ildə layihə üzrə dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 5 poemasından ibarət (“Sirlər xəzinəsi”, “Xosrov və Şirin”, “Leyli və Məcnun”, “Yeddi gözəl”, “İsgəndərnamə”) “Xəmsə”sinin türk dilində nəşri başa çatdırılıb.

Nazirlikdən  bildirilib ki, dekabrın 6-da Milli Kitabxanada tanınmış elm və ədəbiyyat xadimlərinin iştirakı ilə “Xəmsə”nin təqdimat mərasimi keçiriləcək.

Qeyd edək ki, şair-tərcüməçi Yurtseven Şenin tərcüməsində “Zengin Yayıncılık” nəşriyyatı tərəfindən nəşr olunan kitabların ilk növbədə Türkiyədəki elmi kütləvi kitabxanaların, ali təhsil ocaqlarının və s. aidiyyəti qurumların kitab fonduna daxil edilməsi nəzərdə tutulur.

ARXİV

Avqust 2020
Be Ça Ç Ca C Ş B
27 28 29 30 31 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31 1 2 3 4 5 6

MÜƏLLİFLƏR

KEÇİDLƏR