16 Dekabr 2019, Bazar ertəsi

Ordubad Rayon Mədəniyyət Sarayında bu münasibətlə keçirilən tədbirdə Naxçıvan Muxtar Respublikasının Mədəniyyət naziri Natəvan Qədimova və Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Elşad Məmmədov çıxış ediblər.

Vurğulanıb ki, daim hərtərəfli dövlət qayğısı ilə əhatə olunan muxtar respublikanın xalq teatrları fəaliyyət göstərdikləri dövrlərdə kiçikhəcmli tamaşalar hazırlamaqla yanaşı, istər yerli, istərsə də dünya klassiklərinin yaradıcılığına da müraciət ediblər. Belə xalq teatrlarından biri də yaranmasının 55 illiyi qeyd olunan Kazım Ziya adına Ordubad Rayon Xalq Teatrıdır.
Bildirilib ki, 1964-cü ildən fəaliyyət göstərən teatra 1989-cu ildə – yaradılmasının 25 illiyi ilə əlaqədar Naxçıvan Muxtar Respublikasının “Əməkdar kollektivi” fəxri adı verilib. Muxtar respublikada ilk xalq teatrı olan bu kollektiv zəngin repertuarı ilə hər zaman teatr­sevərlərin rəğbətini qazanıb, muxtar diyarımızda teatr sənətinin inkişafına dəyərli töhfələr verib. Özünəməxsus yaradıcılıq ənənələri olan teatr muxtar respublikada keçirilən mədəni tədbirlərdə uğurlu çıxışları ilə yadda qalıb, xalq teatrlarının muxtar respublika festivallarında iştirak edib, diplomlara layiq görülüb.
Mədəniyyət naziri Natəvan Qədimova və Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Elşad Məmmədov muxtar respublikada teatr sənətinə göstərdiyi qayğıya görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə minnətdarlıqlarını bildiriblər.
Çıxış edənlər Kazım Ziya adına Ordubad Rayon Xalq Teatrının yaradılmasının 55 illiyi münasibətilə teatrın kollektivini təbrik edib, bundan sonrakı fəaliyyətində yeni-yeni yaradıcılıq uğurları arzulayıblar.
Sonra kollektivin hazırladığı Hüseynbala Mirələmovun ikihissəli “Axirətdən gələn zəng” tamaşasına baxış olub.

Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyinin mətbuat xidməti

ARXİV

Dekabr 2019
Be Ça Ç Ca C Ş B
25 26 27 28 29 30 1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31 1 2 3 4 5

MÜƏLLİFLƏR

KEÇİDLƏR