19 Noyabr 2019, Çərşənbə axşamı

9 Noyabr – Dövlət Bayrağı Günü münasibətilə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən muxtar respublikanın ümumtəhsil məktəblərinin şagirdləri arasında “Bayrağımız qürurumuzdur” mövzusunda rəsm müsabiqəsi keçirilib.

Tədbirdə Naxçıvan Muxtar Respublikası Təhsil nazirinin müavini Heyran Əhmədova çıxış edərək müsabiqənin əhəmiyyətindən danışıb.
Rəsm müsabiqəsində muxtar respublikanın ümumtəhsil məktəblərinin 12-17 yaş qruplarından olan şagirdləri iştirak ediblər. Mövzu üzrə rəsmlər 2 saat müddətinə kağız, karton, kətan üzərində müxtəlif üsullarla çəkilib.
Çəkilən rəsmlər münsiflər heyəti tərəfindən qiymətləndirilib. Yekun rəyə əsasən bir I yer, iki II yer, üç III yer və 3 həvəsləndirici yer olmaqla, 9 qalib müəyyən edilib. Rəsm müsabiqəsinin qalibləri, eyni zamanda 17 oktyabr tarixdə müstəqilliyimizin 28-ci ilinə həsr olunmuş “Müstəqilliyimiz əbədidir” mövzusunda keçirilən inşa yazı müsabiqəsinin qalibləri diplom və hədiyyələrlə mükafatlandırılıb.

Naxçıvan Muxtar Respublikası
Təhsil Nazirliyinin mətbuat xidməti

ARXİV

Noyabr 2019
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 1

MÜƏLLİFLƏR

KEÇİDLƏR