13 Noyabr 2019, Çərşənbə

Zəngin tariximizin və mədəni irsimizin öyrənilməsi, gələcək nəsillərə ötürülməsi baxımından böyük əhəmiyyətə malik olan muzeylərimiz gündən-günə tarixi və maddi mədəniyyət nümunələri ilə zənginləşdirilir.
Qədim maddi mədəniyyət nümunələrinin toplanması və qorunması işində məktəblilərin də iştirakını təmin etmək üçün Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən təhsil müəssisələrində “Tariximizi qoruyaq və yaşadaq” devizi altında aksiya ­keçirilir.

Aksiyanın keçirilməsində əsas məqsəd şagirdlərimizi vətənpərvərlik ruhunda tərbiyə etmək, tariximizin öyrənilməsi ilə yanaşı, onun qorunması və yaşadılması istiqamətində də fəal iştirakçıya çevirməkdir. Aksiya çərçivəsində şagirdlər muxtar respublika ərazisində olan qədim maddi mədəniyyət nümunələrini toplayaraq muzeylərimizin zənginləşdirilməsində öz vətəndaşlıq borclarını yerinə yetirəcəklər.
Aksiyada fəal iştirak edən müəllim və şagirdlər Təhsil Nazirliyi tərəfindən mükafatlandırılacaqlar.
Qeyd edək ki, ötən tədris ilində təşkil olunan aksiyada məktəblərin müəllim və şagirdləri tərəfindən qədim tariximiz və mədəniyyətimizi əks etdirən nümunələrdən ibarət 400-dən çox eksponat muxtar respublikanın muzeylərinə təqdim olunub.

Naxçıvan Muxtar Respublikası
Təhsil Nazirliyinin mətbuat xidməti

ARXİV

Noyabr 2019
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 1

MÜƏLLİFLƏR

KEÇİDLƏR