17 Oktyabr 2019, Cümə axşamı

Fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Əli İbrahimovun “Molla Pənah Vaqif poeziyasında vətən sevgisinə fəlsəfi baxış” monoqrafiyası “Avropa” nəşriyyatında çapdan çıxıb. Monoqrafiya AMEA-nın Fəlsəfə İnstitutunun Heydər Əliyevin siyasi irsi və azərbaycançılıq fəlsəfəsi şöbəsində hazırlanıb.

İnstitutdan  bildirilib ki, monoqrafiyada M.P.Vaqifin dövrü və fəaliyyətinin sosial, siyasi və dini aspektləri, şairin poeziyasındakı Vətən sevgisi, vətənpərvərlik, nikbinlik və bədbinliyin, iki əks münasibətin, gözəllik, həmçinin xeyir və şərin komparativistikası araşdırılır və poetik nümunələrlə əsaslandırılır.

Fəlsəfə İnstitutunun elmi şurasının qərarı ilə çap olunmuş əsərin elmi məsləhətçisi fəlsəfə üzrə elmlər doktoru, professor Əlikram Tağıyev, elmi redaktoru fəlsəfə üzrə elmlər doktoru, dosent Ziba Ağayeva, rəyçiləri fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Radif Mustafayev və elmi işçi, dissertant Telman Quliyevdir.

Monoqrafiya ali və orta təhsil müəssisələrinin müəllim və tələbələri, magistrlər və doktorantlar üçün nəzərdə tutulub.

ARXİV

Oktyabr 2019
Be Ça Ç Ca C Ş B
30 1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31 1 2 3

MÜƏLLİFLƏR

KEÇİDLƏR